Tütünlə mübarizəyə qarşı görülən işlərin əhəmiyyəti böyükdür

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) ölkədə tütünlə mübarizə sahəsində əldə olunmuş nailiyyətlər, yeni qəbul olunmuş "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanundan irəli gələn məsələlər müzakirə olunub. “Azərbaycanda tütünlə mübarizə qanunvericiliyin gücləndirilməsi” layihəsi üzrə yekun iclası zamanı aparılan bu müzakirələrdə layihə çərçivəsində hələ 2016-cı ildə yaradılmış Texniki Məsləhətçi Qrupun (TMQ) fəaliyyətinə nəzər salınıb.

TMQ üzvləri--Milli Məclis, Ədliyyə, Vergilər nazirlikləri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN), Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (Asan Agentlik) və “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi, “Həmrəy” Gənclərin Maariflənməsinə Dəstək İctimai Birliyi, “LAYF” Xeyriyyə İctimai Birliyinin nümayəndələrinin mütəmadi olaraq İSİM-də toplaşdıqları bildirilib. Onlar tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində məşvərətçi xidmətlər göstərildiyi, mövcud qanunvericiliyin təhlili, eləcə də “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası”na dair Azərbaycanın öhdəlikləri və beynəlxalq təcrübə əsasında qanunvericiliyin təkmilləşdirilməsi üçün verilən təkliflər, tütünlə mübarizənin gücləndirilməsinə dəstək üçün təşkil olunan kampaniyalar, dəyirmi masalar, media dəstəyi və digər fəaliyyətləri müzakirə ediblər.

Layihə çərçivəsində TMQ-yə rəhərlik edən İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş layihənin yekun və nəticələri haqda tədbir iştirakçılarına məlumat verib. O, Azərbaycan Prezidentinin tarixli fərmanı ilə ölkəmizdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun tətbiq edilməsi ilə bağlı TMQ üzvlərini təbrik edib. T. Musayev deyib: “Fəaliyyətimiz səmərəli və müvəffəqiyyətli oldu. Əhalinin sağlamlığının qorunması sahəsində çox mühüm addım olan bu Qanunun tətbiqi gündəlik həyatımızda artıq özünü göstərir”. O bildirib ki, Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin əsas məqsədi hökumət və vətəndaş cəmiyyəti ilə birgə Azərbaycan Respublikasının tütünlə mübarizəyə aid müvafiq qanunvericiliyinin gücləndiriməsi istiqamətində görülən işlərin əhəmiyyətidir.

Tədbirdə çıxış edən Milli Məclisin Sosial qanunvericilik şöbəsinin əməkdaşı Adil Vəliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında Azərbaycan Respublikasının Qanununun qəbulundan sonra atılacaq növbəti addımlar və gələcək planlar barədə danışıb.  İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə layihə çərçivəsində keçirilmiş kütləvi maarifləndirmə tədbir və aksiyalarının təsviri xülasəsini iştirakçıların diqqətinə çatdırıb.

Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar təqdim edilib, xatirə fotosu çəkilib.

 Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında