Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə Samuxda fərdi evlər təqdim olunub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samux rayonunda inşa edilmiş  3 yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.

Evlərin istifadəyə verilməsi tədbirlərində vurğulanıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifah halının yüksəldilməsi prinsipi dayanır. Bunun nəticəsidir ki, ölkədə bütün sahələrdə özünü göstərən dinamik inkişaf prosesləri, eyni zamanda, dövlətin sosial siyasətinin ildən-ilə güclənməsi, sosial cəhətdən həssas əhali qruplarına  qayğının getdikcə artırılması diqqət mərkəzindədir. Bunlardan biri də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına yönəlib.

Tədbirlərdə çıxış edən ƏƏSMN yanında  Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Əminə Seyidzadə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin müasir tələblərə uyğun yeni mənzillərlə təminatı sahəsində nazirlik tərəfindən görülən işləri diqqətə çatdırıb. Qeyd olunub ki,  Samux rayonunda da bu sahədə işlərin davamı kimi, 2015-2017-ci illərdə  25-dək fərdi yaşayış evi inşa olunaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Respublikamızın bölgələrində bu təbəqələrdən olan insanlar üçün yaşayış evlərinin tikintisi və hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri qarşıdakı dövrdə də uğurla davam etdiriləcək.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin maddi təminatlarının gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən də bəhs olunub, onların Azərbaycan Prezidentinin aylıq təqaüdü, pensiya və sosial müavinətlərlə təmin olunduqları, bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığı bildirilib.

 Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri sosial təminatlarının mütəmadi olaraq gücləndirilməsi yönündə həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar dövlətin qayğısı ilə əhatə olunduqlarına, həyat şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərə, bu gün isə yeni yaşayış evləri ilə təmin edildiklərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin  minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra yeni fərdi yaşayış evlərinə baxış olub. İstifadəyə verilən evlərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Evlər sahiblərinə təqdim olunub.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında