Binəqədi rayonunda xəstəlikdən əziyyət çəkən uşaqların iştirakı ilə bayram tədbiri

Binəqədi Rayon İcra Hakimiyyəti, Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatı və “FAB Boya və Kimya Sənayesi” MMC- nin birgə təşkilatçılığı ilə Daun sindromu, talassemiya, autizm və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqların iştirakı ilə tədbir keçirilib.

“Atrium” əyləncə mərkəzində reallaşan mərasim Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni il bayramına həsr edilib.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva iştirakçıları hər iki bayram münasibətilə təbrik edib, xəstəlikdən əziyyət çəkən uşaqlara göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, ölkədə sağlamlıq imkanları məhdud olan uşaqların tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu da Azərbaycanda əhalinin rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildiyini aydın nümayiş etdirir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, eyni zamanda, vurğulayıb ki, dövlətin iqtisadi siyasətinin sosialyönümlü olması, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə göstərdikləri diqqət insan amilinə verilən yüksək dəyərin nümunəsidir. Dövlət sağlamlıq imkanları məhdud uşaqları çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət və texniki-bərpa təminat proqramlarına cəlb olunmasını sürətlə həyata keçirir.

Tədbir müxtəlif əyləncəli şou-proqram və musiqi ilə davam etdirilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında