İsmayıllıda “İlham Əliyev və regionların sosial-iqtisadi inkişafı” mövzusunda konfrans keçirilib

İsmayıllı son bir neçə ildir ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrası sahəsində daha uğurlu nəticələr qazanır. Kənd təsərrüfatı istehsalı sahəsindəki nailiyyətlər, aqrar sahənin elmi əsaslarla idarə olunması, yeni-yeni sosial obyektlərin, sənaye müəssisələrinin istifadəyə verilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, magistral yolların çəkilməsi, enerji təsərrüfatının yenidən qurulması, fındıq, qoz və intensiv meyvə bağlarının salınması, tütünçülüyün və baramaçılığın bərpası, su-kanalizasiya sisteminin yaxşılaşdırılması üzrə 2-ci layihənin icrası və çoxsaylı digər yeniliklər deyilən fikri sübuta yetirir.

Bütün bunlara əsaslanan rayon icra hakimiyyəti İqtisad Universiteti və Aqrar Universitetin alimləri və mütəxəssislərinin iştirakı ilə birgə şəhər Mədəniyyət Mərkəzində “İlham Əliyev və regionların sosial-iqtisadi inkişafı” mövzusunda elmi-praktik konfrans keçirib.

Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Konfrans öz işinə başlamazdan əvvəl iştirakçılar foyedə nailiyyətləri əks etdirən sərgiyə və ölkə başçısının İsmayıllıya səfərlərindən bəhs edən filmə baxıblar.

Konfransı giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı, iqtisad elmləri doktoru Mirdaməd Sadıqov açaraq, dövlət proqramlarının mahiyyətindən, onun icra mexanizmləri və nəticələri barədə ətraflı danışıb. “Natiq regionların sosial-iqtisadi inkişafı” dövlət proqramının icrasının nəticəsi olaraq şəhərin və iri yaşayış məntəqələrinin tamamilə yeniləşdiyini, təhsildə, səhiyyədə, mədəniyyət və turizmdə, idmanda, gənclər siyasətinin həyata keçirilməsində  qazanılan uğurları diqqətə çatdırıb.

İqtisad Universitetinin professoru Məhiş Əhmədov və Aqrar Universitetin professoru Məhərrəm Hüseynov çıxışlarında dövlət proqramlarının ölkə üzrə müvəffəqiyyətlə icra olunmasından, dünyada baş verən siyasi, iqtisadi, maliyyə, diplomatik böhranlara baxmayaraq, Prezident İlham Əliyevin siyasi dəyanəti nəticəsində Azərbaycanın durmadan irəliləməsindən bəhs ediblər.

Konfransda İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin direktoru Kəmalə Süleymanlının, “Quşçuluq” ASC-nin direktoru Zahid Qardaşovun, Veteranlar Şurasının sədri Əlaləm Babayevin çıxışları dinlənilib.

Konfransda qeyd olunub ki, dövlət proqramlarında İsmayıllının sosial-iqtisadi inkişafı ilə əlaqədar nəzərdə tutulan məsələlər öz həllini tapıb. Bir çox perspektiv layihələr də ilkin hazırlıq ərəfəsindədir, icrası üçün yerli imkanlar və resurslar müəyyən edilir. Bütün bu yeniliklərin hamısı barədə danışmadan onu qeyd etmək vacibdir ki, nəticə olaraq İsmayıllı 2017-ci ildə özünümaliyyələşdirməyə keçib.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında