Lənkəranda çay, çəltik və sitrus festivalı keçirildi

Dekabrın 19-da Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə respublikada ilk dəfə çay, çəltik və sitrus festivalı keçirilib. Şəhərin Heydər Əliyev xatirə parkında əsl ümumxalq bayram şənliyi  gerçəkləşib.

Festivalda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Prezident Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Festival ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsinin ziyarəti ilə başlanıb. Abidənin önünə gül dəstələri qoyulub. İcra başçısı Taleh Qaraşov festivalı açıq elan edərək qeyd edib ki, ötən əsrin 70-80-ci illərində respublika səviyyəsində keçirilmiş və ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilərək örnək göstərilmiş ilk məhsul bayramlarına ev sahibliyi etmiş Lənkəranın cənab Prezident İlham Əliyevin ardıcıl diqqəti ilə yenidən inkişaf edib əvvəlki şöhrətli dövrünə qayıtması hər bir lənkəranlı üçün qürurvericidir. Lənkəran şəhərinin, bütövlükdə rayonun simasını tamamilə dəyişmiş genişmiqyaslı tikinti-abadlıq, mədəni-quruculuq işlərini, məhsul bolluğunu, həyat şəraitinin durmadan yaxşılaşmasını sakinlərin sonsuz sevinc və minnətdarlıqla qarşıladığını diqqətə çatdıran natiq lənkəranlıların bu festivalı alnı-açıq, üzüağ qarşıladıqlarını xüsusi vurğulayıb. Cənab İlham Əliyevin ardıcıl diqqəti sayəsində rayonun sosial-iqtisadi inkişafı, sənayenin, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, xüsusilə çayçılıq, çəltikçilik və sirtus meyvəçiliyinin inkişafı sahəsində əldə olunmuş sevindirici nəticələr barədə ətraflı məlumat verilib. Festivalın rayonun ictimai-siyasi həyatında unudulmaz hadisəyə çevriləcəyi və lənkəranlıları daha böyük qələbələrə ruhlandıracağı bildirilib.

Sonra rəsmi şəxslər, qonaqlar və festival iştirakçıları yerli istehsala aid məhsullarla bəzədilmiş pavilyonları gəzib, əldə olunmuş nailiyyətlərlə yaxından tanış olublar. “Çayımızın adı var”, “Süfrələrin bəzəyi Lənkəranın düyüsü”, “Ərzaq təhlükəsizliyi keşiyində”, “Gözəlliyi damla-damla topladıq”, “ Keyfiyyət əsla bir təsadüf deyil”, “Yeni Lənkəran tikmək üçün”, “Lənkəranın şirnisi –ağız dadımız”, “ Şəkərbura, paxlava bəzək verər xonçaya”, “Çörək bol olsa, basılmaz Vətən”, “ Qonaq evin ruzi-bərəkətini artırar”, “Cənnət görmək istəyən Lənkərana gəlsin”, “Min bir dərdin dərmanı”, “ Bostandan süfrəyə naz nemət gələr” nominasiyalı örtülü pavilyonlarda yerli istehsal olan ərzaq, sənaye malları, kənd təsərrüfatı məhsulları, turizm əhəmiyyətli xalq sənətkarlığı nümunələri böyük maraq oyadıb. Qonaqlara və festival iştirakçılarına yerli təbii Lənkəran çayından dəmlənmiş samovar çayından və şirniyyatlı süfrədən ibarət çay dəstgahı və təbii dadlı yerli düyülərdən bişirilmiş 50 növdən çox plov təqdim olunub. Təqdim olunan ətirli təbii çay, dadlı  ləvəngi və digər məmulatlı plovlar heyranlıqla qarşılanıb.

Festivalda 2017-ci ilidə rayonun sosial-iqtisadi inkişafı və mədəni quruculuq sahələrində görülmüş işlərin yekunları barədə ayrı-ayrı sahələr üzrə rəhbər işçilərin hesabat xarakterli məlumatları dinlənilib, ictimai-siyasi həyatda və mədəni-quruculuq işlərində fəal iştirak edən, çalışdığı sahədə fərqlənən qabaqcıllara fəxri fərmanlar və qiymətli hədiyyələr verilib, bədii özfəaliyyət kollektivlərinin rəngarəng ədəbi-bədii kompozisiyaları ifa olunub, nümunəvi musiqi nömrələri səsləndirilib, gənclərin iştirakı ilə əyləncəli proqramlar göstərilib.

Lənkəran festivalı respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti ilə davam edərək atəşfəşanlıqla yekunlaşıb.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında