Sabirabadda ulu öndərin xatirəsi dərin ehtiramla anılıb

Xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin əbədiyyətə qovuşmasının ildönümü ilə bağlı Sabirabad rayonunda anım mərasimi keçirilmişdir.

Ulu öndərin əzəmətli heykəli qarşısında düzənlənən tədbirin əvvəlində minlərlə sabirabadlı ümummilli liderin unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir. Sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış etmişdir. “Ulu öndərimizin mənalı ömür yolu Vətənə sədaqət nümunəsi olmuşdur”,– deyə natiq sözünə davam edərək bildirmişdir ki, müstəqil Azərbaycan dövləti ümummilli  liderimizin şah əsəridir, onun öz xalqı qarşısında tarixi xidmətidir. Məhz buna görə Heydər Əliyevin adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

N.İsmayılov Heydər Əliyevin xalqımızın ləyaqət və qeyrət simvolu, ən ağır vaxtlarda yeganə güvənc yeri olduğunu dönə-dönə vurğuladı və Azərbaycanın son yarım əsrə yaxın bir dövrünü əhatə edən tarixinin bu dahi şəxsiyyətin adı ilə bağlı olduğunu iftixarla bildirmişdir.

Natiq Sabirabadın yenidən qurulmasında, onun inkişafında Heydər Əliyevin əvəzsiz xidmətlərindən də geniş bəhs edərək bildirdi ki, 15 dəfə bu regiona səfər etmiş, böyük sənaye müəssisələrinin, mədəni, inzibati və sosial obyektlərin ərsəyə gəlməsində yaxından köməklik göstərmiş dahi şəxsiyyətin əziz xatirəsi hər bir sabirabadlının qəlbində əbədi yaşayacaqdır. Heydər Əliyev ideyalarının yaşadılması, onun dühasının bəhrəsi olan müstəqil Azərbaycan dövlətinin daha da möhkəmləndirilməsi naminə möhtəşəm, yorulmaz fəaliyyətinə görə bütün xalqımız kimi sabirabadlılar da ölkə Prezidenti möhtərəm İlham Əliyevə minnətdardılar. Biz əminik ki, dövlətimizin başçısının  böyük uğurla davam etdirdiyi Heydər Əliyev siyasi xətti xalqımızı və dövlətimizi daha parlaq gələcəyə qovuşduracaq. Azərbaycan durduqca Heydər Əliyev də olacaq, ölməz amalları həyatımıza daim işıq saçacaqdır.

Sonra mərasim iştirakçıları həzin musiqi sədaları altında ulu öndərin abidəsi önünə əklillər və tər güllər qoyaraq, dahi rəhbərə dərin ehtiramlarını bildirdilər.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında