BMT-nin İnkişaf Proqramı, BƏT və ƏƏSMN arasında niyyət məktubu imzalanıb

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) arasında niyyət məktubu imzalanıb. Sənədi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMTİP-in  rezident nümayəndəsi Qulam İsakzai və BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva imzalayıblar.

S.Müslümov respublikada aktiv məşğulluq tədbirlərinin genişləndirilməsinə, əmək bazarının inkişafına və layiqli əməyin təminatına yönələn kompleks tədbirlərin həyata keçirildiyini vurğulayıb. Bildirib ki, birgə aparılan işlər, ümumilikdə, BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn aidiyyəti  məsələlərin həllində  də uğurlu əməkdaşlıq təcrübəsinin yaranmasına imkan verib. 

BMTİP ilə birgə 2002-2012-ci illərdə “Milli sosial müdafiə sisteminin inkişafı və Milli Məşğulluq Strategiyası üzrə nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsi”, 2011-2015-ci illərdə “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihələrinin icra olunduğu qeyd edilib. Nazir deyib: “BƏT-lə əməkdaşlıq əlaqələri də getdikcə güclənir. “2016-2020-ci illər üzrə əməkdaşlıq prioritetlərini və çərçivəni müəyyən edən ikinci Layiqli Əmək üzrə Ölkə Proqramı BƏT-lə əməkdaşlıqda yeni bir inkişaf mərhələsi açıb. Ölkəmizdə məşğulluq xidmətləri üzrə potensialın gücləndirilməsində, aktiv əmək bazarı proqramlarının, xüsusilə özünüməşğulluq proqramının icrasında BƏT-lə fəal əməkdaşlıq həyata keçirilir. 2017-ci ilin iyun ayından Azərbaycanın  BƏT-in İdarə Heyətində təmsil olunması ölkəmizin bu Təşkilatla ötən dövrdə sıx və səmərəli əməkdaşlığına, respublikamızda əmək və məşğulluq sahələrində mütərəqqi yanaşmalar əsasında aparılan məqsədyönlü işlərə verilən yüksək beynəlxalq dəyərin ifadəsidir”.

Nazir imzalanan niyyət məktubunun ƏƏSMN, BMTİP və BƏT arasında müvafiq fəaliyyət sahələri üzrə əməkdaşlığın genişləndirilməsi məramını ifadə etdiyini vurğulayıb.

Q.İsakzai BMT-nin  bütün ölkələrə 2030-cu ilədək Dayanıqlı İnkişaf Proqramından irəli gələn öhdəliklərin yerinə yetirilməsində və öz milli prioritetlərini bu məqsədlərə uyğunlaşdırmaqda davamlı olaraq dəstək göstərdiyini bildirib. O.Kulayeva Azərbaycanın BƏT-lə fəal əməkdaşlığını yüksək dəyələndirib, Təşkilatın ölkəmizdə aktiv məşğulluq tədbirlərinin, o cümlədən özünüməşğulluq proqramının genişləndirilməsi üçün aparılan işlərə  yaxından dəstək verməkdə maraqlı olduğunu qeyd edib.

 Niyyət məktubunda BMTİP və BƏT-in məşğulluq, aktiv əmək bazarı proqramları sahələrində və ümumilikdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında fəaliyyətlərini genişləndirməkdə, ƏƏSMN-nin isə aktiv əmək bazarı proqramlarını, xüsusilə də özünüməşğulluq proqramını idarə etmək potensialını artırmaqda maraqlı olduqları bildirilir. Sənəddə Azərbaycan Respublikasında özünüməşğulluq proqramının həyata keçirilməsi və genişləndirilməsi, milli məşğulluq strategiyasının icra edilməsi, ƏƏSMN-nin potensialının artırılması daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq etmək istəyi əksini tapır.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında