Astarada daha bir rayondaxili avtomobil yolunun tikintisi başa çatıb

Uzunluğu 4,5 kilometr olan yeni avtomobil yolundan 240 təssərrüfatı olan Taxtanakəran, Vaqadi, Lobır, Qanqalaş, Qalaparqo və Miki kəndlərinin 1500 nəfərdən çox əhalisi rahatlıqla istifadə edəcək.

Bu barədə Astara rayonunun Siyaku inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Miki kəndində keçirilən növbəti səyyar qəbul və görüş zamanı məlumat verilib. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev görüşə toplaşan sakinləri mürəkkəb relyefə malik olan ərazidə yeni avtomobil yolunun asfaltlaşdırılması münasibətilə təbrik edib. Qeyd olunub ki, buna qədər də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ayrılan vəsait hesabına rayonun ən ucqar dağlıq əraziləri olan, minlərlə insanın yaşadığı Deqədi-Pəlikəş, Taxtanakəran-Toradi avtomobil yolları da  tikilərək istifadəyə verilib.  Ucqar kəndlərin belə sosial problemlərinin həlli ölkə rəhbərliyinin daimi diqqətindədir.   

Kənd sakinləri böyük qayğıya görə razılıqlarını bildiriblər. Deyilib ki, burada əhalinin əsas məşğuliyyəti heyvandarlıq, arıçılıq və sitrusçuluqdur. Yol bərbad olduğundan sakinlər fərdi təsərrüfatlarında istehsal etdikləri məhsulu bazara çıxarmaqda çətinlik çəkirdilər. İndi artıq bu problem də həllini tapdı.

Qəzənfər Ağayev ölkədə həyata keçirilən geniş quruculuq işləri, mühüm layihələr barədə ətraflı məlumat verib. Son illər rayonda 40-dan çox, o cümlədən Siyaku inzibati ərazi dairəsində 6 yeni məktəb binasının tikildiyini xatırlayıb və hazırda Astara şəhərinə içməli su xəttinin çəkilməsi, park-bulvar ərazisinin genişləndirilməsi üzrə işlərin sürətləndiyini bildirib.   

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında