Koreya – Azərbaycan işgüzar forumu Masallıda keçirilib

Masallı Rayon İcra Hakimiyyətində Koreya-Azərbaycan birgə işgüzar forumu keçirilib. Tədbir Koreyada istehsal olunan və çəltikçilik sahəsində işlədilən çeşidli kənd təsərrüfatı texnikasının videogörüntülərinin nümayişi ilə başlanıb.

Forumu Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açıb. İqtisadiyyat Nazirliyinin “Sahibkarlığa Kömək Milli Fondu” icraçı direktorunun müavini Arif Vəliməmmədov özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində fondun həyata keçirdiyi tədbirlər barədə danışıb. Bildirilib ki, dövlət başçısının çəltikçiliyin inkişafı ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, bu sahəyə dövlətin maliyyə dəstəyi daha da gücləndirilib.

Koreya Respublikasının Azərbaycandakı Səfirliyinin Ticarət Şöbəsinin əlaqələndirici mütəxəssisi Ülvi Vəliyev və Koreya şirkətinin texnika üzrə mütəxəssisləri istehsalatda işlədilən müxtəlif markalı texnikalar haqqında məlumat veriblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışında Azərbaycanda qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısından bəhs edib. O, qeyd edib ki, sentyabrın 3-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Masallıda da bu sahədə görülən işlər sürətlənir, əkin sahələri artırılır. Bu il rayonun müxtəlif əraziləri üzrə 400 hektara yaxın örüş və kolluq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi hesabına Masallıda tarixi ənənələri və böyük iqtisadi səmərəsi olan yerli çəltik növlərinin əkilməsinə başlanılıb. Yaxın vaxtlarda çəltikçilərin rayon assosasiyası – kollektiv icması yaradılacaq. Beləliklə, videoçarxda nümayış etdirilən çəltikəkmə, çəltikyetişdirmə, çəltikyığma və s. texnikanın alınması da əlverişli olacaq, məhsul itkiyə az gedəcək, sahibkarların iqtisadi gəliri artacaq.

Tədbirin sonunda qonaqlar Masallı çəltik zavodunda və Masallı Sənaye Məhəlləsində gedən işlərlə yaxından tanış olublar.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında