Yasamal rayonunda “Ölkəmizi tanıyaq!” tur-aksiya iştirakçıları ilə görüş

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə 4 ildir ki, məktəblilərin “Ölkəmizi tanıyaq” tur aksiyaları keçirilir. Bu müddət ərzində 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 7 tur-aksiya təşkil edilmişdir. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə 13 min 648 məktəbli iştirak etmişdir. Bu il noyabr ayının 11-14 və 16-19 tarixlərini əhatə edəcək növbəti 8-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3213 nəfərin iştirakı nəzərdə tutulub. Bununla da, iştirakçıların ümumi sayı 17 minə çatacaq.

Noyabrın 10-da Yasamal Rayon İcra Hakimiyyətində idarə, müəssisə və təşkilat rəhbərlərinin, məktəb direktorlarının, valideynlərin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş keçirlmişdir. “Ölkəmizi tanıyaq!” tur aksiyasına həsr olunmuş toplantının iştirakçıları icra hakimiyyətinin foyesində Dövlət himni səsləndikdən sonra ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuşlar.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Səməd İslamov toplantını açıq elan edərək tur- aksiyanın məqsədi haqqında məlumat vermişdir. Bu tədbirin ölkəmizdə əlamətdar bayram günlərinə – Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə təsadüf etdiyini vurğulayan S. İslamov bildirmişdir ki, məktəblilər regionlarda aparılan abadlıq işləri, yeni açılmış müəssisələrlə yaxından tanış olacaq, indiki çətin və mürəkkəb bir şəraitdə respublikamızda əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlərin nəticəsini şəxsən görəcəklər: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse- prezident
xanım Mehriban Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına göstərdikləri qayğı, ekologiyanın qorunmasına diqqəti, hər il ölkə vətəndaşlarının pulsuz müayinəyə cəlb olunması, şəhid və əlil ailələrinə, müharibə veteranlarına, Qarabağ əlillərinə, doğma torpaqlarından didərgin salınmış soydaşlarımıza, imkansız ailələrə, internat və qocalar evlərində yaşayanlara dövlət qayğısı göz önündədir... Gənclərin hərbi vətənpərvərlik ruhunda yetişmələri dövlət siyasətinin əsasını təşkil edir. 2016-cı ilin aprel döyüşlərində hər birimiz bunun şahidi olduq. Həmin döyüşlərdə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə “Böyük Qayıdışın” ilk müjdəsi olan Cocuq Mərcanlı kəndinin yenidən qurulmasına böyük zəmin yaratdı. Biz artıq işğal altında olan ərazilərimizə qayıdırıq”.

S.İslamov demişdir ki, ölkəmizdə ictimai siyasi-sabitliyin qorunub saxlanılması, Azərbaycanın dünyəvi, tolerant, multikultural dövlət olması dövlət başçımızın həyata keçirdiyi düşünülmüş siyasətin məntiqi nəticəsidir: “Siz gənclər Vətənin müdafiəsinə hər zaman hazır olmalısınız. Müstəqiliyimizin gələcəyi sizə etibar olunub. Hər birimiz bayrağımıza, dövlətimizə, Prezidentimizə daim sədaqətli olmalı, bayrağımızı uca tutmalı və müstəqilliyimizin əbədiliyinin qorunması yolunda bütün imkanlardan istifadə etməliyik”.

Çıxış edənlər, Bakı Biznes Unuversitetinin rektoru İbad Abbasov, rayon gənclər və idman idarəsinin rəisi İlham Səfərov, Qarabağ Müharibəsi, Əllilləri və Şəhid Ailələri İctimai Birliyinin sədri, Əfqanıstan və Qarabağ müharibələri veteranı Bəhram Şeydayev, valideyn Nazilə Ağayeva və Zərifə Əliyeva adına liseyin şagirdi Vaqif Məmmədzadə ölkəmizin beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılmasında qazandığı zəngin təcrübədən, gənclərin hərbi-vətənpərvərlik və vətəndaşlıq tərbiyəsindən, 2016-cı ilin aprel döyüşlərində əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqdan, habelə aztəminatlı ailələrə göstərilən diqqət və qayğıdan söhbət açmış, məktəblilərə hər zamanVətənin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə etmişlər.

Sonra İncəsənət gimnaziyasının şagirdlərinin ifasında bədii kompozisiya nümayiş etdirilmiş və tur-aksiyanın iştirakçıları olan məktəblilərlə xatirə şəkli çəkdirilmişdir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında