Ağstafa xalça fabrikində 150 nəfər çalışacaq

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağstafa rayonunda da ənənəvi istehsal və emal sahələrinin bərpası istiqamətində tədbirlər uğurla icra edilir.

“Azərxalça” ASC-nin Ağstafa filialının təsis edilməsi də bu istiqamətdə aparılan işlərin sırasındadır.

Qeyd etmək lazımdır ki, Ağstafanın özünün gözəl xalçaçılıq ənənələri olub və bu işi bundan sonra da davam etdirmək üçün yaxşı fürsət yaranıb. Tikinti üçün rayon icra hakimiyyəti tərəfindən şəhərin Hüseyn Arif küçəsində müvafiq torpaq sahəsi ayrılmış və layihə üzrə birmərtəbəli, ümumi sahəsi 1246 kvadratmetr olan binada inşaat işləri sürətlə aparılmış və tam yekunlaşmışdır. Hazırda burada tamamlama işləri aparılır. Yeni müəssisənin 465 kvadratmetrdən çox sahəsi olan toxuculuq zalında iş prosesi üçün ən yüksək şərait yaradılmışdır. Toxucuların daha səmərəli fəaliyyət göstərməsi üçün hər cür şərait nəzərə alınmış, geniş zalda ən müasir avadanlıq quraşdırılmışdır. Hazırda burada işə qəbul olunmuş 60 nəfərədək toxucu qadın müxtəlif növ xalça nümunələri üzərində işləyərək, müvafiq təcrübə toplayırlar. Fabrik tam fəaliyyətə düşdükdən sonra isə toxucuların sayı 150 nəfərə çatacaqdır. Fabrik binasında, həmçinin gələcəkdə istehsal olunacaq xalçaların satışı üçün də müvafiq sahə ayrılmışdır. Müəssisənin həyətyanı ərazisində geniş abadlıq-quruculuq işləri aparılmışdır. Binanın ətrafı dekorativ işlənmiş, hasara alınmış, yerə müasir tipli döşəmə daşı vurulmuş, yaşıllıqlar salınmışdır.

Bu günlərdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev müəssisədə aparılan son tamamlama işlərinin gedişi ilə tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdir.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında