Xüsusi qayğıya ehtiyacı olan gənclərlə görüş

Son illər xüsusi qayğıya ehtiyaçı olan gənclərin cəmiyyətə inteqrasiyası istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir. Belə tədbirlər həm respublika səviyyəsində, həm də ayrı- ayrı rayonlarda gerçəkləşdirilir. Bu günlərdə Sabunçu Gənclər evində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli sərəncamına əsasən qəbul edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Programı çərçivəsində “Xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi” adlı layihə həyata keçirilir.

 Bu layihədə Sabunçu rayonunda yerləşən 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin şagirdləri fəal iştirak edirlər.

Layihə ilə bağlı keçirilən növbəti tədbirdə internat məktəbinin şagirdləri Gənclər evinin fəaliyyəti ilə yaxından tanış olmuş, Gənclər evinin hazırladığı musiqili proqramda, əyləncəli oyunlarda, idman və peşə yönümlü təlimlərdə iştirak etmişlər.

Qeyd edək ki, “Xususi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi” layihəsinə aid tədbirlərin mütəmadi olaraq hər həftənin cümə günləri Sabunçu Rayon Gənclər Evində keçirilməsi nəzərdə tutulur.

Bu layihənin həyata keçirilməsində Sabunçu Gənclər Evinin direktoru Anar Hüseyni və 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayevanın böyük xidmətləri vardır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında