AŞPA-nın komitə iclasında Azərbaycanın sosial sahədə uğurlu təcrübəsindən danışılıbˆ

Oktyabrın 27-də Parisdə AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin Avropa Sosial Xartiyasının departamenti və Parlament Assambleyasının parlament layihələrinə dəstək şöbəsi ilə birlikdə “İş, təlim və bərabər imkanlar: hamı üçün ədalətli rəftar və inteqrasiyanı necə təmin etməli” mövzusunda parlament seminarı keçirilib.

Seminara Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Avropa Sosial Xartiyası üzrə alt komitənin sədri Sevinc Fətəliyeva sədrlik edib.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli seminarda çıxış edərək ölkəmizdə sosial sahədə görülən işlər barədə məlumat verib. O, əmək hüququ, peşə yönümünün müəyyənləşməsi, cəmiyyətin həssas qrupunun üzvlərinə bərabər imkanlar yaradılması sahələrində həyata keçirilən islahatlardan danışıb. Milli Məclisin komitə sədri əlillərin işlə təmin olunması sahəsində Azərbaycan təcrübəsindən, onlara dövlət qayğısı və diqqətindən söz açıb. Ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün olduğu üçün bu sahəyə xüsusi diqqət yetirildiyi, əmək tutumlu iş yerlərinin yaradıldığı, hökumət tərəfindən maliyyə dəstəyinin göstərildiyi, güzəştli kreditlərin verildiyi diqqətə çatdırılıb. Həmçinin ölkədə 10 il ərzində 1 milyon 200 min iş yerinin yaradıldığı vurğulanıb. Bundan başqa, Prezident İlham Əliyevin təşəbbüsü ilə son illər emal müəssisələrinin sayının artması, aqrar sahənin və turizmin inkişafı ilə bağlı mühüm addımlar atıldığı bildirilib.

Hadi Rəcəbli Azərbaycanda özünüməşğulluq təsisatının yaradıldığını, heyvandarlıq, arıçılıq sahələrində iş yerlərinin açılması üçün maliyyə vəsaiti ayrıldığını qeyd edib. O, işsizlikdən sığorta institutunun fəaliyyətindən, onun məşğulluq xidmətinin işini köklü şəkildə dəyişməsindən söz açıb. Qeyd olunub ki, məşğulluq sosial müdafiənin əsas pilləsidir. Peşə təhsilinin artırılması istiqamətində ölkəmizin təcrübəsi seminar iştirakçılarında xüsusi maraq doğurub.

Seminarda iştirak edən 34 ölkənin nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsi, əmək tutumlu iş yerlərinin yaradılması və əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində görülən ardıcıl işlər haqqında məlumatlandırılıblar.

 

Şəhla AĞALAROVA,
AZƏRTAC-ın
xüsusi müxbiri

Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında