“Əhalinin yaş strukturunda yuxarı yaş kateqoriyalarının xüsusi çəkisi artır”

“Təbiətin insan üçün qoyduğu bioloji ömür müddəti 120 ildir. Yəni, insan bu qədər müddət yaşamağa qadirdir. Əsrlər boyu ömrün müddətinin uzanması tendensiyası olub və indi bu hal Azərbaycanda da müşahidə edilir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akadmeiyasının Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova deyib. Hazırda bütün dünya yaşlanma problemi ilə üzləşib. Xüsusilə bu tendensiyanın aparıcı ölkələr üçün səciyyəvi olduğunu söyləyən institut direktoru qeyd edib ki, əhalinin yaş strukturunda yuxarı yaş kateqoriyalarının xüsusi xüsusi çəkisi artır: “Bu isə o deməkdir ki, əgər bu gün dünya ölkələrində əhalinin 10 faizini 80 və ondan yuxarı yaşlı insanlar təşkil edirsə, 10 ildən sonra bu rəqəm 20-25 faiz olacaq. Bir tərəfdən bu, yaxşı göstəricidir. Amma digər tərəfdən də cəmiyət, bütün ölkələr iqtisadi, sosial, tibbi cəhətdən buna hazır olmalıdır”.

U. Həşimovanın sözlərinə görə, yaşlanma problemi ilə mübarizə aparmaq üçün tibbi təhsilin, tibbi yardımın strukturunda müəyyən dəyişikliklər etmək lazımdır. Hazırda Azərbaycan Tibb Universitetinin mütəxəssisləri, səhiyyə işçiləri ilə birgə bu istiqamətdə işlər görülür. İnstitut direktoru vurğulayıb ki, birgə fəaliyyət nəticəsində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının nəzdində ilk dəfə olaraq "Geriatriya şöbəsi"  yaradılıb və burada 60 yaşdan yuxarı olan insanlara xidmət göstərilir.

Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutu tərəfindən statistik məlumatlar əsasında Azərbaycanın demoqrafik (uzun-ömürlülük) xəritəsi hazırlanıb.

Ulduz Həşimova  açıqlamasında bildirib ki, bu yaxınlarda yeni xəritə ictimaiyyətə təqdim ediləcək. Onun sözlərinə görə, xəritənin hazırlanması zamanı Azərbaycanın müəyyən bölgələrində uzunömürlülük populyasiyasının, fenomeninin doğrudan da mövcud olmasına dair  maraqlı faktlar aşkarlanıb. U.Həşimova qeyd edib ki, ölkədə uzunömürlülərlə bağlı belə tədqiqatlar ilk dəfə 1979-cu ildə aparılıb, ondan sonra belə tədqiqat olmayıb: “Keçmiş SSRİ Elmlər Akademiyası tərəfindən uzunömürlü insanların yaşadığı regionlar öyrənilmişdi. Bizim bu gün apardığımız tədqiqatlar əvvəllər alınan nəticələri bir daha təsdiqləyir. Yəni, müəyyən regionlarda uzunömürlülük fenomeni tarixən müşahidə olunur”.

U.Həşimova vurğulayıb ki, Azərbaycanın bəzi rayonlarında başqa regionlara nisbətən əhalinin orta ömür müddəti daha yüksəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında