Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yeni fərdi yaşayış evləri verilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Sabirabad və İmişli rayonlarında inşa etdirdiyi yeni fərdi yaşayış evləri Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim edilib.

Evlərin istifadəyə verilməsi tədbirlərində ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun, həmin rayonların icra hakimiyyətlərinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə xüsusi diqqət və qayğısı nəticəsində bu təbəqələrdən olan vətəndaşların etibarlı sosial müdafiə sistemi ilə əhatə edildikləri vurğulanıb. Qeyd olunub ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, müasir tələblərə uyğun yeni mənzillərlə təmin edilmələri istiqamətində davamlı, məqsədyönlü işlər görülür.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli sərəncamının icrası işlərinin davamı olaraq, son iki ildə və cari ilin ötən dövründə ƏƏSMN 603 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsini yeni mənzillərlə təmin edib. O cümlədən cari ildə nazirlik Şəmkir, Tərtər, Salyan, Astara, Füzuli, Zaqatala, Qazax, Sabirabad, İmişli və digər rayonlarda yeni fərdi yaşayış evlərini bu qəbildən olan ailələrə təqdim edib.

Hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni çoxmənzilli və fərdi yaşayış binalarının inşası, eyni zamanda, hazır yaşayış binalarından alınmış mənzillər də təmir işləri davam etdirilir.

Tədbirlərdə qeyd olunub ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin maddi təminatlarının artırılması da daim diqqətdə saxlanır. Belə ki, Qarabağ müharibəsi əlilləri aylıq əmək pensiyası və ya sosial müavinətlə, həmçinin bu təbəqədən olan vətəndaşlar və şəhid ailələri Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edilirlər. Belə ailələrin uşaqlarına və əmək pensiyası almayan şəhid ailəsi üzvlərinə aylıq sosial müavinət ödənilir.

Yeni fərdi yaşayış evləri ilə təmin olunan ailələr sosial təminatlarının mütəmadi olaraq artırılması yönündə həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə yeni yaşayış evləri ilə təmin edildiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Daha sonra tədbirlərin iştirakçıları yeni fərdi yaşayış evlərinə baxış keçirib, istifadəyə verilən evlərin hər birində yaradılan müasir tələblərə uyğun yaşayış şəraitindən razı qalıblar.

Qeyd edək ki, evlərdən 3-ü Sabirabad rayonunda Qarabağ müharibəsi əlillərinə, 2-si isə İmişli rayonunda şəhid ailələrinə təqdim olunub.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında