Ötən il tikinti sahəsində çalışanların sayı 95 min nəfərdən çox olmuşdur

2016-cı ildə tikinti sahəsində muzdla çalışan işçilərin orta siyahı sayı 95,2 min nəfər təşkil etmişdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, tikintidə işləyənlərin 48,2 min nəfəri binaların tikintisində, 24 min nəfəri mülki təyinatlı inşaat işlərində, 23 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışmışdır. İşçilərin 27 faizi dövlət, 73 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olmuşlar.

Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 18,6 faiz artaraq 813,7 manata çatmışdır. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 927,8 manat, dövlət sektorunda isə 527 manat olmuşdur. Əvvəlki illə müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində işləyənlərin orta aylıq nominal əmək haqqı 21,6 faiz, binaların tikintisində 14,9 faiz, mülki təyinatlı inşaat işlərində çalışanlarınkı isə 0,9 faiz artmışdır.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında