Ötən il ölkəmizdə 1,67 milyon kvadratmetrdən çox yaşayış sahəsi istifadəyə verilib

 2016-cı ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1 milyon 677,1 min kvadratmetr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir.

İstifadəyə verilmiş ümumi sahənin 78,6 min kvadratmetri doğma yurdlarını tərk etmiş məcburi köçkünlər üçün tikilmiş evlərin payına düşür.

Dövlət Statistika Komitəsinin məlumatına görə, il ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 683,5 milyon manat olmuş, onun 47,5 milyon manatı dövlət, 636 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların payına düşmüşdür.

Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 11,2 min yaşayış evi tikmişlər, onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı, Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Tovuz, Kürdəmir, Cəlilabad və Qəbələ rayonlarında inşa edilmişdir.

Samirə Əliyeva,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında