Binəqədi-Novxanı-Corat avtomobil yolu yenidən qurulur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Xatırladaq ki, sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Üstəlik, bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə yaradırdı. Yolun əsaslı şəkildə yenidən qurulması ilə sözügedən problemlər tamamilə aradan qaldırılacaq.

Binəqədi-Novxanı-Corat avtomobil yolunun uzunluğu 14 kilometr, mövcud eni isə 7-9 metr arası dəyişir. Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilərək iki gediş və eyni sayda gəliş olmaqla dörd hərəkət zolağından ibarət olacaq. Artıq yolun Binəqədi qəsəbəsi ərazisindən keçən 1,1 kilometrlik hissəsində tikinti işləri başa çatdırılıb.  Bu hissə tam olaraq asfaltlanıb, 1,5 metr enində yeni piyada səkiləri inşa edilib, səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb.

Hazırda digər hissələrdə yol boyu maneələr sökülür,  kommunikasiya xətləri köçürülür, köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır. Eyni zamanda, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, genişləndirilmiş ərazilər də daxil olmaqla karbonat materialı tökülərək yenidən kipləşdirilir və yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Bütövlükdə isə yolun 170 min kvadratmetr sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

Bundan əlavə, layihə çərçivəsində yolun 1,3-cü kilometrliyində, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunur. Yenidənqurma işləri çərçivəsində, həmçinin Novxanı qəsəbəsində yerləşən dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülərin əsaslı şəkildə təmir edilərək 7 metrdən 12,5 metrə qədər genişləndirilməsi və kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün beş yerdə xüsusi boruların quraşdırılması da nəzərdə tutulub. Tikinti işləri yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, piyada zolaqlarının, yol cizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq. Bütövlükdə isə  “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında aparılan tiknti işləri üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında