“Azərişıq”: Qışa yaydan hazır idik

Ölkə ərazisində müşahidə olunan hava şəraiti "Azərişıq" ASC-nin fəaliyyətinə təsir etməyib. Bunu "APA-Economics"ə açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

 "Əməkdaşlarımız səhərə qədər növbətçilik sistemi ilə iş başında olublar və yarana biləcək problemləri aradan qaldırıblar. Başqa sözlə, əhalinin elektrik enerjisi ilə təchizatında heç bir problem yoxdur. Hətta mən deyərdim ki, hava şəraiti ilə bağlı haradasa fərdi qaydada belə işıq problemi yaranmayıb. Bunun da başlıca səbəbi 2016-cı ildə görülən yenidənqurma işləridir. "Azərişıq" ASC-nin yay ayları ərzində qışa hazırlığı nəticəsində bu gün heç bir şikayət halı qeydə alınmayıb. Qışa hazırlıq, mal-material təchizatı da yüksək səviyyədədir. Elektrik enerjisi ilə təminat yüksək səviyyədə davam etdirilir", - deyə T. Mustafayev bildirib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında