“Bu il 150-160 min hektar torpağa su verilməsi təmin edilməlidir”

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının  üçüncü ilinin yekunlarına həsr olunan konfransda  möhtərəm  Prezidentimiz İlham Əliyevin proqram xarakterli nitqini  diqqətlə izlədim.

Ölkə başçısı  son illər Azərbaycanda həyata keçirilən  quruculuq işləri barədə ətraflı məlumat verdi,  qarşıda duran vəzifələri diqqətə çatdırdı. Mən  suvarma  sistemləri  sahəsində çalışdığıma görə  cənab Prezidentin nitqində  bu sahə ilə bağlı məqamlara  xüsusi olaraq diqqət yetirdim.

Çıxışda  bu sahədə qazanılmış nailiyyətlər barədə məlumat  verən ölkə rəhbəri  bildirdi ki,   yüz minlərlə hektar torpağın meliorativ vəziyyəti yaxşılaşdırılmış və ya yeni  suvarılan  sahələr  dövriyyəyə buraxılmışdır. Dörd  su anbarı  tikilmişdir...Biz  sudan  səmərəli istifadə etməliyik və ölkə daxilində elə imkanlar, elə infrastruktur, rezervuarlar yaratmalıyıq ki, həm ehtiyatımız olsun, həm  də biz əkin sahələrini  genişləndirə bilək.

Bu, çox vacib məsələdir. Suvarma sistemlərində  ehtiyat  su anbarlarının yaradılması  çay sularının azaldığı vaxtlarda da  su probleminin yaranmamasını nəzərdə tutur. Ölkəmizdə   kənd təsərrüfatının inkişafı prioritet sahə elan olunmuşdur. Ona görə də  bu gün suvarma  sistemi işçilərinin üzərinə mühüm vəzifələr düşür. Su problemini həll etmədən  kənd təsərrüfatını inkişaf etdirmək qeyri-mümkündür.

Konfransda  ölkə  rəhbəri bu sahədə  görüləçək işlər barədə  danışdı. “ Meliorasiya  ilə bağlı çox böyük işlər  görüləcək. Bu sahənin inkişafı bizim həm ərzaq təhlükəsizliyimizin təmin olunmasına, həm də ixrac potensialımızın artırılmasına xidmət  göstərir”. İndi  respublikamızda   şoranlaşan  torpaqlar  çoxdur  və onların yenidən təsərrüfatlara  qaytarılması  üçün  əhəmiyyətli tədbirlər nəzərdə tutulur. Cənab Prezident onu da  bildirdi ki, bu il təqribən 150-160 min hektar torpağa  suyun verilməsi təmin  edilməlidir. Bu, çox böyük rəqəmdir. Biz buna  nail olmalıyıq.

Prezidentin bu tələbi suvarma  sistemləri işçilərinin üzərinə böyük məsuliyyət qoyur  və  biz bu məsuliyyəti yaxşı başa düşürük.

Dövlət başçısı  “Meliorasiya və Su  Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə həyata  keçiriləcək layihələr barədə də məlumat verdi. Onlar 2700  hektar  əkin sahəsinin suvarılması üçün   Yuxarı Mil kanalının tikintisi, 4300 hektar əkin  sahənin suvarılması üçün  Neftçala  magistral  kanalının tikintisi və digər layihələrdir ki, onların da  reallaşması kənd  təsərrüfatı məhsulları istehsalının  genişləndirilməsinə  imkan yaradacaq.

Əlbəttə,   möhtərəm  Prezidentimizin  qarşıya  qoyduğu  bu vəzifələrin  icrası  üçün biz  suvarma sistemi işçiləri  bütün imkanlarımızı  səfərbər etməliyik.

Ş. ƏHMƏDOV,
Göyçay Suvarma Sistemləri
İdarəsinin müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında