“Neft Daşları” yatağı üçün yeni stasionar dəniz özülü tikilib

Dünyada ilk dəfə açıq dənizdə neftçıxarmanın əsası qoyulduğu “Neft Daşları” yatağının istismara daxil edilməsindən 67 ildən artıq  vaxt ötür. Yataq  uzun illər istismarda olmasına baxmayaraq, burada çıxarılması mümkün olan ehtiyatlar hələ çoxdur.

Məhz buna görə də ölkə Prezidenti İlham Əliyev “Neft Daşları” yatağında illik hasilatın 1,2 milyon tona çatdırılmasını neftçilərin qarşısında mühüm bir vəzifə kimi qoymuşdur. Son illər dövlət başçısının tapşırığının icrası istiqamətində bir sıra zəruri  tədbirlər həyata keçirilir,  yeni stasionar dəniz özülləri inşa olunur, çoxsaylı quyular qazılıb istifadəyə verilir. Bununla yanaşı, hazırda  dəniz şəhəri—Neft Daşlarında infrastrukturun yeniləşdirilməsi istiqamətində işlər də sürətlə davam etdirilir.

Bu günlərdə “Neft Daşları” yatağında daha bir stasionar dəniz özülünün tikintisi uğurla başa çatdırılıb. Xatırladaq ki, SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən inşa olunan 620A saylı özülün sifarişçisi “Azneft” İstehsalat Birliyidir. ''Neftqazelmitədqiqatlayihə'' İnstitutu tərəfindən layihələndirilən özül 8 istismar quyusunun qazılması üçün nəzərdə tutulmuşdur. Ümumi sahəsi 2520 kvadratmetr, çəkisi isə 2398 ton olan yeni özül istehsalat və yaşayış sahələrindən ibarətdir. 7 dayaq bloku, 6 aralıq seksiyası, 1 vertolyot, eləcə də 10 minik və yanalma meydançalarından ibarət özül yanğınsöndürmə sistemi, yanacaq, içməli və texniki su xətləri ilə təchiz edilmiş, burada işçilərin sosial şəraitinin təmin olunması üçün yaşayış bloku, eyni zamanda, qazma qülləsi üçün qülləaltı postament və digər zəruri avadanlıqlar quraşdırılmışdır. Bütövlükdə isə “Neft Daşları” yatağında hasilatın artırılmasına imkan yaradacaq yeni özüldə tikinti-quraşdırma işləri beynəlxalq standartlar səviyyəsində həyata keçirilmiş, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilmişdir.

Qeyd edək ki, dənizin 27 metr dərinliyində yerləşən platformadan sutkada 105 ton neft və 160 min kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.    

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında