Yeni piyada keçidləri istifadəyə verilib

Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində paytaxtın yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm  tədbirlər həyata keçirilir. Ötən ilin son günlərində  Bakı şəhərində iki yerüstü piyada keçidi istifadəyə verilib. Sözügedən keçidlər Bakı-Quba-Rusiya Fedarasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12,2-ci kilometrliyində və  paytaxtın Sabunçu rayonunda--şəhər şosesində inşa olunub.

Avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilən yeni keçidlər  piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsinə imkan yaratmaqla yanaşı,  nəqliyyat vasitələrinin də fasiləsiz və maneəsiz hərəkətinin təşkili baxımından  mühüm əhəmiyyət kəsb edir. Xatırladaq ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin  "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən, keçidlərin dayaqları dəmir-beton, aşırım hissələri isə metal konstruksiyadan ibarətdir. Hər 2 keçidin pilləkən hissədən ibarət iki giriş-çıxışı mövcuddur.

Bakı-Quba-Rusiya Fedarasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12,2-ci kilometrliyində inşa edilən keçidin aşırım hissəsinin uzunluğu 44,8 metr, pilləkən hissəsinin uzunluğu isə 20 metr olmaqla ümumi uzunluğu 64,8 metr təşkil edir. Dövlət tərəfindən təsdiq edilmiş tikinti normalarına uyğun inşa edilmiş biraşırımlı (orta dayaqsız) keçidin qalereyasının eni 4 metr, yol səthindən hündürlüyü isə 5,5 metrdir. Sözügedən keçidin tikintisində 65 ton metal, 280 kubmetr beton, 27,4 ton armatur, 60 kvadratmetr qranit və 600 kvadratmetr  aqlay istifadə olunub. Layihə çərçivəsində keçidin yanında vətəndaşların rahat şəkildə avtobuslardan istifadə etmələri üçün iki ədəd dayanacaq inşa olunub.

Sabunçu rayonu, şəhər şosesində inşa edilən keçidin isə aşırım hissəsinin uzunluğu 42,3 metr, pilləkən hissəsinin uzunluğu 32,7 metr olmaqla, ümumi uzunluğu 75 metr təşkil edir. Tikinti normalarına tam riayət olunmaqla inşa edilən iki aşırımlı (orta dayaqlı) keçidin qalereyasının eni 4 metr, yol səthindən hündürlüyü isə 5,5 metrdir. Müntəzəm sərnişin daşınması ilə məşğul olan avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışı təmin etmək məqsədilə keçidin yerləşdiyi ərazidə yol hər bir istiqamət üzrə genişləndirilərək əlavə hərəkət zolaqları yaradıllıb, yeni səkilər inşa edilib. Sözügedən keçidin tikintisində isə 44,9 ton metal, 160,2 kubmetr  beton, 21,5 ton armatur, 586 kvadratmetr qranit, 18 kvadratmetr aqlay və fasadın üzlənməsi üçün 1139 kvadratmetr  alkopan materialı istifadə olunub.

Piyadaların təhlükəsizliyini və avtonəqliyyat vasitələrinin intensiv hərəkətini təmin etmək məqsədilə hazırda Bakı şəhərinin müxtəlif ərazilərində daha 11 yerdə yeraltı və yerüstü piyada keçidlərinin inşası həyata keçirilir.  Bununla yanaşı, yaxın gələcəkdə zəruri olan digər ərazilərdə də yüngül konstruksiyadan ibarət piyada keçidlərinin inşası nəzərdə tutulub.

Mirbağır YAQUBZADƏ,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında