Gəncədə qəzalı evləri sökülən 55 ailəyə təmirli və daha geniş mənzillər verilib

Nazirlər Kabinetinin qərarı ilə Gəncə şəhərində Cavad xan 34, Atatürk prospekti, 264 və 266 ünvanlarda istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan evlər söküldükdən dərhal sonra əvəzində müasir üslubda tikilmiş 55 mənzilli bina sakinlərin istifadəsinə verilmişdir. Bu münasibətlə binanın qarşısında təntənəli toplantı keçirilmişdir.

Açılış mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev sakinləri salamlayaraq, son vaxtlar Nizami yurdunda baş verən yeniliklərdən danışmışdır. İcra hakimiyyətinin başçısı tamamilə yararsız mənzillərdə yaşayan sakinlərin istəklərinin nəticəsiz qalmadığını bildirmişdir. Mənzillərin bölüşdürülməsinin tam şəffaf şəkildə aparıldığını deyən şəhər rəhbəri binanın yüksək keyfiyyətlə tikildiyini və yeni mənzillərin sahələrinin əvvəlkilərdən xeyli geniş olduğunu xüsusi vurğulamışdır.

Elmar Vəliyev Prezident İlham Əliyevin Gəncəyə olan diqqət və qayğısından danışaraq, 2017-ci ildə şəhərdə tikiləcək yaşayış binaları, zavod, orta və məktəbəqədər təhsil müəssisələri haqqında da geniş məlumat vermişdir. 


Bina sakinlərindən Aygün Babayeva, Nailə Məlikova, Əjdər Seyidov, Afət Həsənova, Səfurə Bəşirova və Nurəngiz Məmmədova çıxış edərək onlara yaradılan bu şəraitə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər. Bundan əvvəl qəzalı vəziyyətli evlərdə yaşadıqlarını dilə gətirən sakinlər Yeni il ərəfəsində onlara verilən mənzillərin müasir standartlara tam cavab verdiyinə görə sevinclərini və minnətdarlıq hisslərini bildirmişlər.


Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev binanın rəmzi açılışını bildirən qırmızı lenti kəsmiş və sakinlərə mənzillərin açarlarını verərək, yaşayış üçün hər bir şəraiti olan mənzillərlə tanış olmuşdur.


Hamlet Qasımov,
 “Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında