Naftalan şəhərində müasir su təchizatı sistemi yaradılıb

Ölkəmizin mühüm turizm bölgələrindən sayılan, unikal müalicəvi kurort və sanatoriyaların yerləşdiyi Naftalan şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası başa çatdırılıb. Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində şəhərin su-kanalizasiya infrastrukturu tamamilə yenidən qurulub, Naftalan Sukanal İdarəsi üçün yeni tikilmiş müasir tipli inzibati bina istifadəyə verilib.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin, Yaponiyanın Azərbaycandakı səfirliyinin, “Azərsu” ASC-nin və Naftalan Şəhər İcra Hakimiyyəti rəhbərliyinin, həmçinin şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Naftalan Sukanal İdarəsinin yeni inzibati binası istifadəyə verilib.

Açılış mərasimində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov son illər şəhərdə aparılan abadlıq quruculuq işlərindən danışıb,  içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulmasını  şəhərin sosial-iqtisadi inkişafı, turizm potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi qeyd edib ki,  kurort şəhəri sayılan Naftalanda içməli su və kanalizasiya sistemlərinin  tamamilə yenidən qurulması sevindirici haldır və  Yaponiya hökuməti bundan sonra da Azərbaycanda su və kanalizasiya layihələrinin icrasına dəstək verəcəkdir. 

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində bölgələrdə genişmiqyaslı içməli su və kanalizasiya layihələrinin icra edildiyini bildirib. Bu layihələr sırasında kurort şəhəri sayılan Naftalanda su və kanalizasiya infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulmasının mühüm əhəmiyyət daşıdığını vurğulayan E.Məmmədov  qeyd edib ki, 2030-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla hazırlanmış layihədən 13 min sakinin faydalanması nəzərdə tutulub. Bildirilib ki, artıq Naftalan şəhəri və Qasımbəyli kəndinin sakinləri yeni mənbənin keyfiyyətli suyundan istifadə edir. Dayanıqlı su təchizatının aparılması üçün Goranboy şəhərini içməli su ilə təmin edən Ballıqaya-Goranboy magistral su kəmərindən Naftalan şəhərinə 6,4  kilometrt uzunluğunda magistral su xətti çəkilib, hər birinin həcmi 3 min kubmetr olan iki anbar tikilib. 2013-cü ilin sentyabrın 10-da möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə Naftalan şəhərinə içməli suyun  verilməsi mərasimi keçirildiyini xatırladan natiq, həmçinin qeyd edib ki, hazırda şəhərə saniyədə 54 litr su verilir ki, bu da istehlakçıların tələbatını tam ödəyir. 

Layihə çərçivəsində Naftalan şəhərində 36,8 kilometrt içməli su şəbəkəsi yaradılıb, ev birləşmələri verilib, abonentlər sayğacla təmin olunub, şəhərdə 120-dən artıq yanğın hidrantı quraşdırılıb. Bununla paralel olaraq  Naftalan şəhərində 39,4 kilometr  kanalizasiya şəbəkəsi yaradılıb, 867 kanalizasiya quyusu, 1750 metr uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Abonentlərin yeni yaradılmış kanalizasiya şəbəkəsinə qoşulması təmin olunub.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında