Piyadaların təhlükəsizliyi təmin olunur

Ölkə Prezidenti İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Hazırda həmin  tədbirlər çərçivəsində paytaxt Bakının bir neçə yerində yeraltı və yerüstü piyada keçidləri inşa olunur.  Bundan isə məqsəd həm piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Sözügedən piyada keçidləri avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir.  Xatırladaq ki, yeni keçidlərin inşasının başa çatdırılması Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci, 13,7-ci və 27,7-ci kilometrliklərində (müvafiq olaraq Xırdalan qəbiristanlığının yaxınlığı, “Mətanət-A” şirkətinin yaxınlığı və Ceyranbatan qəsəbəsində), Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12,3-cü, 23,5-ci və 24,4-cü kilometrliklərində (Sulutəpə və  Müşfiqabad qəsəbələrində), Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci kilometrliyində (hərbi hissənin yaxınlığı), Nobel prospekti ilə Xaqani Rüstəmov küçəsinin kəsişməsində (yeraltı keçid), Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsində, eləcə də Zığ-Hövsan avtomobil yolunun 1,8-ci və 4,3-cü kilometrliklərində piyadaların rahatlığının və təhlükəsizliyinin təminatına imkan yaradacaq.

Bundan əlavə,  Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun  27-ci (Ceyranbatan qəsəbəsi), Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü (Hökməli dairəsinin yaxınlığı), Qala-Pirallahı avtomobil yolunun 3,6-cı, Zığ-Hövsan avtomobil yolunun 2,6-cı kilometrliklərində, eləcə də Yasamal rayonu Hüseyn Cavid parkının qarşısında (yeraltı keçid), Mərdəkan-Zuğulba yolunda (Xrustalnı deyilən ərazi), Xətai rayonu Neapol küçəsi (171 nömrəli məktəbin yaxınlığı),  M.Hadi və S.Ə.Şirvani küçələrinin kəsişməsində və  Moskva prospektində (“Şamaxinka” adlandırılan ərazi) də piayada keçidlərinin inşasına başlanılacaq.

Xatırladaq ki, inşası aparılan və yeni inşa olunacaq yerüstü piyada keçidləri bir və iki aşırımlı (orta dayaqlı) olmaqla yüngül konstruksiyalıdır. Keçidlərin bir neçəsi istisna olmaqla əksəriyyəti üstüaçıq və pilləkən hissədən ibarətdir. 

Yaxın gələcəkdə  zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası nəzərdə tutulur.

M.YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında