Ümumdünya Səhiyyə Təşkilatı tütünlə bağlı bəyannamə qəbul etdi

Ümumdünya Səhiyyə Təşkilatı tütünə nəzarətə dair bəyannamə qəbul edib. Tütünlə bağlı qlobal konfransda tütün şirkətlərinin siqaretin ziyanlarına dair qanuni məsuliyyət daşıdığına dair razılıq əldə edilib. Burada elektron siqaretlərin satışı qaydaları da yer alır. Bu barədə “Amerikanın səsi” məlumat verib.

Altı  günlük konfransda tütün əvəzinə istehlakçıların alternativ gəlir mənbələri ilə təmin edilməsi yolları müzakirə edilir.

Ümumdünya Səhiyyə Təşkilatı XXI əsrdə tütünün  1 milyard insanın həyatına son qoyacağını təxmin edir.Konfransın 1500-dən artıq iştirakçısını tütün sənayesinin belə  görüşlərə mane olmaq cəhdləri narahat edir. Bəyannamədə hökumətlər iri tütün şirkətlərinin səhiyyə siyasətlərinə mane olması səylərinə qarşı mübarizəyə  çağırılır.

Ümumdünya Səhiyyə Təşkilatı hər il dünyada 6,5 milyon insanın  ölümünə siqaretin səbəb olduğunu bildirir.

Ülviyyə VAHİDQIZI,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında