Səbailli gənclər də “ağ ölümə” “yox!” deyirlər

Paytaxtın mərkəzindəki 132--134 saylı Təhsil Kompleksində keçirilən “Səbailli gənclər “ağ ölümə” “yox!” deyirlər” mövzusunda növbəti toplantıda yeni nəslin sağlamlığı üçün ciddi təhlükə sayılan bu ictimai bəla ilə bağlı əlaqədar qurumların və rayon ictimaiyyətinin narahatlığı ifadə olundu, təsirli profilaktik tədbirlərdən söhbət açıldı.

 Səbail Rayon İcra Hakimiyyəti rəhbərliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə (NNVQDM) üzrə dövlət komissiyası işçi qrupunun, ağsaqqalların, pedaqoji işçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin, orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən görüşü giriş sözü ilə açan 132--134 saylı Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova bildirdi ki, yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə rayonda sistemli işlər həyata keçirilir.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, NNVQDM  üzrə rayon komissiyasının sədri Eldar Ağayev yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün ərazidə aparılan işlər barədə ətraflı məlumat verdi, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün zəruri işlərdən və qarşıda duran vəzifələrdən danışdı. O göstərdi ki, İnsan Hüquqları üzrə Müvəkkil– Ombudsmanın təşəbbüsü, Səbail RİH-də fəaliyyət göstərən NNVQDM üzrə komissiyanın və rayon polis idarəsinin dəstəyi ilə ərazidəki orta və ali təhsil ocaqlarında “Uşaq hüquqları aylığı” çərçivəsində ekspert və mütəxəssislərin iştirakı ilə maarifləndirici söhbətlər təşkil olunur.

 Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əli İbrahimov, NNVQDM üzrə dövlət komissiyası işçi qrupunun nümayəndəsi Eldar Sadıqov, Ombudsman aparatının şöbə müdiri Faiq Ağayev, Respublika narkoloji dispanserinin həkimi Afət Məmmədova, Səbail Rayon Polis İdarəsi narkotiklərlə mübarizə bölməsinin əməkdaşı Bəhrəm Qasımzadə, İçərişəhər cümə məscidi dini icmasının nümayəndəsi Hacı Elşən və digərləri çıxışlarında qeyd etdilər ki, narkomaniya cəmiyyətə, dövlətə və bəşəriyyətə hədsiz fəsadlar gətirir.

Tədbirdə narkomaniyanın fəsadları ilə bağlı film nümayiş etdirildi. Müzakirələrin gedişində narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayandələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rolu vurğulandı. Yeniyetmələrə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün dəyərli məsləhətlər verildi.

Sonda iştirakçıların təklifləri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında