“GMO-ya yox deyək!”

“Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Genetik Modifikasiya Olunmuş (GMO) məhsullarla bağlı əhalinin məlumatlandırılması tədbirlərinin təşkili” layihəsi çərçivəsində Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə “GMO-ya yox deyək!” adlı tədbir təşkil edilmişdir.

Tədbirdə çıxış edən Texniki-Humanitar Liseyin direktoru Səidə Zeynalova təhsil müəssisəsinin tarixindən bəhs edərək, onun yenicə təmir olunduğunu və təhsil üçün gözəl şərait yaradıldığını vurğuladı. S.Zeynalova rəhbərlik etdiyi müəssisənin məzunlarının göstərdikləri yüksək göstəricilərdən danışdı.

“Müasir İnkişaf” İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Mübariz Göyüşlü təşkilatın gördüyü işləri qeyd etdi. O, GMO-nun zərərindən və onun milli təhlükəsizliyimizə təhdid olmasından söz açdı. M.Göyüşlü ictimaiyyəti, xüsusən də ziyalıları bu problemə qarşı aktiv mübarizəyə səslədi. Layihə çərçivəsində buklet, kitab nəşr olunduğunu deyən natiq gələcəkdə bu işlərin daha da genişləndirilməli olduğunu qeyd etdi. O, GMO-nun qanunla qadağan olunduğunu, Prezident İlham Əliyevin bununla bağlı sərəncam imzaladığını da vurğuladı.

Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov cəmiyyətimiz üçün mövcud olan təhlükələrdən danışdı. O, GMO-nun ilk sırada dayandığını, gələcəkdə çox böyük bəlalar törədəcəyini qeyd etdi. R.Mahmudov ciddi fəsadlar törədən yod çatışmazlığından ətraflı bəhs edərək hər kəsi diqqəti buna yönəltməyə çağırdı. Onun sözlərinə görə hər kəs bu istiqamətdə birləşməli və çox ciddi çalışmalar ortaya qoymalıdır.

Təhsil Nazirliyinin əməkdaşı Afət Süleymanova hazırda icra etdikləri “Sağlam təhsil, sağlam millət” layihəsi haqqında ətraflı bəhs etdi. O, bu layihənin Bakı və Sumqayıt şəhərlərindəki 35 məktəbi əhatə etdiyini açıqladı. A.Süleymanova gələcəkdə hər iki layihəni icra edənlərin birgə fəaliyyət göstərməsini də təklif etdi.

Azərbaycan Tibb Universitetinin dosenti Şəhla Balayeva şagirdlərin düzgün qidalanma problemlərindən söz açdı. O, yanlış qidalanmanın immuniteti, zehni inkişafı zəiflətdiyini qeyd etdi. Ş.Balayeva “fastfood” və s. kimi zərərli qidalardan söz açaraq, onlardan istifadənin qəti şəkildə əleyhinə çıxış etdi.

“Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərli medianın bu istiqamətdə görməli olduğu işlərdən söz açdı. O, bununla bağlı əhalinin maarifləndirilməsinin vacib olduğunu, medianın bu istiqamətdə aktiv fəaliyyət göstərməli olduğunu dedi.

Təhsil Nazirliyinin ­“Sağlam təhsil, sağlam millət” layihəsinin koordinatoru Nigar Şahhüseyinbəyova şagirdlərin özlərinin əmək dərslərində məktəbin həyətində sağlam qida yetişdirə biləcəklərini vurğuladı. O, bu praktikanın nəzəriyyədən güclü təsir edə biləcəyini açıqladı.

Gənc araşdırmaçı Nuran Gündüzoğlu slaydlı təqdimatla GMO-nun zərərləri, 3D printeri ilə istehsal olunan qidaların yarada biləcəyi problemlərdən ətraflı bəhs etdi.

Tədbir lisey şagirdlərinin musiqi və rəqs nömrələri ilə başa çatdı.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında