Nəsimili ahılların bayram görüşü

 1 Oktyabr Beynəlxalq Ahıllar Günü münasibəti ilə Nəsimi rayonunda keçirilən silsilə tədbirlər rayon icra hakimiyyətində yaşlı nəslin nümayəndələri üçün təşkil olunan mərasimlə başa çatmışdır. Görüşdə rayonun adlı-sanlı veteranları, bir qrup ahıl, kimsəsiz, əlil və qayğıya ehtiyacı olan sakin iştirak etmişdir.

Toplantını giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov yaşlı nəslin təmsilçilərini bayram münasibətilə təbrik etmiş, onlara möhkəm cansağlığı, daha xoş günlər arzulamışdır. Əlamətdar günün humanist qayəsindən söz açan rayon rəhbəri bildirmişdir ki, BMT Baş Məclisinin dünyada ahılların müdafiəsi ilə bağlı 1992-ci ildə qəbul etdiyi qətnaməyə uyğun olaraq, hər il oktyabrın ilk günü beynəlxalq aləmdə, eləcə də ölkəmizdə Ahıllar Günü kimi qeyd edilir. Ötən dövrdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gerçəkləşdirdiyi məqsədyönlü, ardıcıl tədbirlər Azərbaycanda yaşlı nəslin hərtərəfli dövlət qayğısı və cəmiyyətin yüksək ehtiramı ilə əhatə olunmasını təmin etmişdir.

Bildirilmişdir ki, rayonda da hər bir yaşlı vətəndaşın durumu, ehtiyac və istəyi RİH və humanitar qurumların gündəlik diqqət mərkəzindədir. 13189 sakinin yaşı 65-dən yuxarıdır. Əhalinin Sosial Müdafiə Mərkəzinin  xidmət şöbəsində qeydiyyatda olan 279 tənha və əlilə 27 sosial işçi xidmət göstərir. Rayonun 100 yaşdan yuxarı 6 sakini isə xüsusi nəzarətdədir.

Görüş iştirakçılarına rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, yeni sosial-iqtisadi inkişaf layihələri barədə də məlumat verilmiş,   yaşlı nəslin ictimai-siyasi həyatda fəal iştirakı məmnunluqla qeyd edilmişdir.

Veteranlar Şurası rayon şöbəsinin sədri İsmayıl Fərəcov, Böyük Vətən müharibəsi veteranları Ağababa İsgəndərov, Əli Səfərov və digər çıxış edənlər ölkədə və rayonda ahıl insanlara göstərilən dövlət qayğısından razılıqla danışmışlar. Onlar belə yüksək diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını çatdırmış, ona ölkəmizin tərəqqisi, həyatın gözəlləşməsi yolunda gördüyü işlərdə yeni uğurlar arzulamışlar.

Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bir qrup ahıl vətəndaşın müraciətini nəzərə alaraq onları ayrı-ayrılıqda qəbul etmiş və istəklərinin yerinə yetirilməsinə göstəriş vermişdir.

Həmin gün görüşdə iştirak edən və nəzarətdə olan olan 250 nəfərdən artıq ahıla Nəsimi Rayon İcra Hakimiyyətinin hədiyyələri çatdırılmışdır.

R.TAHİR,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında