Nəsimi rayonunda sosial qayğıya ehtiyacı olan vətəndaşlara xüsusi diqqət göstərilir

Ümummmilli lider  Heydər Əliyev ahıllara, əlillərə və müharibə veteranlarına həmişə diqqət və qayğı ilə yanaşıb. Hazırda ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən də cəmiyyətin bu təbəqəsindən olan şəxslərə göstərilən ehtiram və qayğı ildən-ilə artırılır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Bütövlükdə isə əhalinin sosial müdafiəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir.

Ahıllara, müharibə veteranlarına və əlil  vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən də bu sahədə müntəzəm tədbirlər həyata keçirilir. Rayonda sosial qayğıya ehtiyacı olan şəxslərlə görüşlər keçirilir, onların istək, arzu və təklifləri nəzərə alınır, daxili imkanlar hesabına yardımlar göstərilir. Rayon ərazisində keçirilən bu tədbirlər bir daha ahıl və əlil insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.

Avqust ayının 10-da bir rayonun bir qrup müharibə veteranı, ahıl və əlillər onlar üçün ayrılmış xüsusi avtobusla Bilgəh qəsəbəsindəki istirahət mərkəzinə gəliblər. Burada keçirilən tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva  ahılları, müharibə veteranlarını  və  əlilləri salamlayaraq, ölkə Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın  sosial qayğıya ehtiyacı olan şəxslərə göstərdikləri diqqət və qayğıdan danışıb.

Nahar süfrəsi arxasında davam edən görüşdə rayon ağsaqqalı, professor İmamverdi Həmidov, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Nəsimi rayon təşkilatının sədri İsmayıl Fərəcov və başqaları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Səmimi söhbət zamanı  veteranlar  bildiriblər ki, bu gün ölkəmizdə aparılan geniş quruculuq işləri, sabitlik  onları çox sevindirir. Bakı şəhərinin və regionların gündən-günə abadlaşdırılması və gözəlləşdirilməsi, paytaxtda, eləcə də ölkəmizin digər şəhərlərində keçirilən beynəlxalq tədbirlər onlarda qürur hissi yaradır.

R. TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında