Qaçqın və məcburi köçkünlərin sosial vəziyyəti yaxşılaşmaqda davam edir

 

Erməni təcavüzü nəticəsində  doğma torpaqlarından  didərgin salınmış qaçqın  və məcburi köçkünlər elə ilk vaxtlardan dövlət  qayğısı ilə əhatə olundu. Ulu öndər  bu  insanların qarşılaşdığı  çətinlikləri özünün  bir nömrəli problemi hesab edirdi. Məhz  ulu  öndərin hakimiyyətdə olduğu  illərdə  məcburi köçkünlərin həyat  şəraitinin  yaxşılaşdırılması   istiqamətində həyata keçirilən  davamlı tədbirlər  bu insanların sonrakı  talelərinə müsbət  yöndə  güclü stimul verdi.

Azərbaycan Prezidenti  İlham Əliyev  ulu öndərin bu kursunu  davam etdirərək məcburi köçkünlərin  sosial vəziyyətinin yaxşılaşdırılması  yolunda  dövlət proqramlarının  reallaşmasını təmin etdi.

Cənab Prezidentin   sərəncamı ilə 2004-cü ildə qəbul olunmuş "Qaçqın və  məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı",  2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli sərəncamları ilə həmin Dövlət Proqramına Əlavələr təsdiq edilmişdir. Ötən illərdə həyata keçirilən tədbirlər nəticəsində həmin Dövlət Proqramı, ona edilmiş Əlavələr və digər normativ aktlar uğurla icra edilmiş və bu sahədə nəzərdə tutulan digər işlər davam etdirilir. Bu proqramlar əsasında  həyata keçirilən tədbirlərin miqyası olduqca genişdir. Qaçqın  və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət  Komitəsinin  rəsmi  saytında bu  barədə ətraflı məlumat verilmişdir.

Bildirilir ki,2001-2015-ci illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,9 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 94 müasir qəsəbə salınmış, 49 min ailə və ya 243 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

Yeni salınmış yaşayış məntəqələrində 150 məktəb, 6 musiqi və 1 incəsənət məktəbi,1 Mədəniyyət Sarayı, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 50 mədəniyyət mərkəzi, 2 Olimpiya İdman Kompleksi, 206 ədəd müxtəlif tutumlu su anbarı,64 ədəd nasos stansiyası tikilmiş, 718 kilometr yol, 960 kilometr su, 1605 kilometr hava elektrik, 442 kilometr qaz, 66 kilometr rabitə, 26 kilometr istilik, 89 kilometr kanalizasiya xətti, 163 km drenaj şəbəkəsi çəkilmiş, 830 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır.

Son 20 ildə  məcburi  köçkünlər üçün 1300 şagird yerlik  ən böyük məktəb 2012-ci ildə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilmişdir.  Həmçinin son 20 ildə ən böyük elektrik yarımstansiyası -280 meqavat olmaqla, məcburi köçkünlər üçün 2007-ci ildə Ağcabədi rayonunda istifadəyə verilmişdir. Bu yarımstansiya 5 rayonun-Ağcabədi, Ağdam, Bərdə, Beyləqan və İmişli rayonlarının elektrik enercisinə olan tələbatını stabilləşdirmişdir.

Hazırda  bu sahədə tədbirlərin həyata keçirilməsi davam etməkdədir.

M.MÜKƏRRƏMOĞLU,  "Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında