Şəhid ailəsinin müraciəti həllini tapıb

Cari ilin aprel ayında Ermənistanın ölkəmizə qarşı silahlı təxribatının qarşısının alınması zamanı həlak olmuş polkovnik-leytenant Raquf Orucovun ailəsinə Azərbaycan Respublikası Prezidentinin şəhid ailələri üçün nəzərdə tutulan təqaüdünün, habelə övladlarına pensiya və aylıq sosial müavinətin təyin olunması tam təmin edilib.

Belə ki, şəhidin həyat yoldaşı Sevinc Əlizadənin adına plastik kartın hazırlanması üçün Kapital Bank ASC-yə müraciət olunmuş, kart qısa müddətdə hazırlanaraq ona təqdim olunmuş və aylıq məbləği 907,70 manat olan pensiya 4 aprel tarixdən hesablanaraq avqust ayı da daxil olmaqla 5 ay üzrə ümumi məbləği (4447 manat) onun həyat yoldaşının adına olan kart hesabına köçürülmüşdür.  Eyni zamanda, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin aylıq məbləği 220 manat olan təqaüdünün qanunvericiliyə uyğun olaraq şəhidin ailə üzvləri arasında bərabər bölgüsü əsasında aylıq 165 manatı S.Əlizadəyə və onun 2 övladına təyin olunmuşdur. Prezident təqaüdünün 4 aprel-iyul ayları üzrə 643,5 manatlıq məbləği 19 iyul tarixdə ona ödənilmişdir. Qeyd olunanlardan əlavə, S.Əlizadənin uşaqlarına aylıq 38 manat sosial müavinət təyin olunmuşdur. Sadalanan sosial ödənişləri ümumiləşdirdikdə, bundan sonra da S.Əlizadənin ailəsinə hər ay 1110,7 manat (165+907,7+38) ödəniş olunacaqdır.

Şəhidin həyat yoldaşı Sevinc Əlizadə nazirlik tərəfindən məsələnin dərhal nəzarətə götürülərək operativ həll olunmasına görə təşəkkürünü bildirib: "Sosial ödənişlərin təyin olunması ilə bağlı bir neçə gün bundan öncə, yəni avqustun 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciət etmişəm və qısa müddət ərzində məsələ həll olunub. Mən burada yüksək səviyyədə qarşılanmışam və nazirliyin əməkdaşlarına təşəkkürümü bildirirəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qısa müddətdə müvafiq sənədlərin tam tərkibdə əldə olunmasını təmin edib".

Zərifə BƏŞİRQIZI,
 "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında