Regionlarda içməli su təchizatı layihələrinin icrası davam etdirilir

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti  "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrinin icrasını davam etdirir.

Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə  tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə yetirilmişdir. Xatırladaq ki, "Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərininin yenidən qurulması" layihəsi  2030-cu ilə qədərki perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində  11,7 min nəfərin  içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır. Layihə çərçivəsində Qobustan rayonunun  Təsi, Bədəlli, Sədəfli, Dərəkənd kəndlərinə də içməli su veriləcək. Bütövlükdə isə sözügedən layihədən rayonun 14 min nəfərədək sakini faydalanacaq. 

2015-ci ilin may ayının 10-da tikintisinə başlanılmış layihə çərçivəsində 6 ədəd subartezian quyusu qazılmış, ümumi uzunluğu 1055 metr olan quyulararası xəttin 550 metrlik, uzunluğu 7,2 kilometr olan magistral xəttin isə 6,9 kilometrlik  hissəsində işlər başa çatmışdır. Hazırda isə Daşarası və Nərimankənd kəndlərində ümumi tutumu 2 min kubmetr olan 4 su anbarında tikinti işləri davam etdirilir. Şəhər üzrə layihələndirilmiş 61,4 kilometrlik içməli su  şəbəkəsinin 37 kilometrlik hissəsində işlər başa çatdırılmış, 850-yə yaxın  evə  birləşmə verilmişdir. Eyni zamanda, 59,2 kilometrlik kanalizasiya şəbəkəsinin 46,8 kilometrlik hissəsində işlər yekunlaşmış,  şəbəkə üzərində 1060 ədəd kanalizasiya baxış quyusu  inşa edilmiş, 1653 ünvana  birləşmə verilmişdir. Qobustan şəhərində tullantı  sularının təmizlənib zərərsizləşdirilməsi şəhərin kənarında inşa ediləcək və məhsuldarlığı sutkada 2500 kubmetr olan tullantı sutəmizləyici qurğuda həyata keçiriləcək.

Yeri gəlmişkən, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi  "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"  çərçivəsində Qobustan şəhəri ilə yanaşı, Naftalan, Xaçmaz, Xızı, Qusar şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Naftalan şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb, tullantı sutəmizləyici qurğunun inşasına isə hazırlıq gedir. Bundan əlavə, Qusarda su və kanalizasiya sistemlərinin tikintisi üzrə işlər yekunlaşmaq ərəfəsindədir. Xaçmaz və Xızıda isə içməli su və kanalizasiya sistemlərinin  inşası işləri davam etdirilir.

Mirbağır YAQUBZADƏ,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında