Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin “İrəliyə doğru bir addım”ı

 Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi fiziki imkanları məhdud uşaq, yeniyetmə və gənclərlə bağlı yeni layihəyə başlayıb.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutan "İrəliyə doğru bir addım" adlı layihədə fiziki imkanları məhdud uşaq, yeniyetmə və gənclərin istirahətinin səmərəli təşkili ilə yanaşı, onların kompüter bacarıqlarının inkişafı nəzərdə tutulub. Birlikdən verilən məlumata görə, layihənin məqsədi fiziki imkanları məhdud uşaq, yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların digər yaşıdları ilə  bərabər şəkildə imkan və potensialını üzə çıxarmalarına stimul verməkdir.  İştirakçılara kompüterdən istifadə bacarıqları ilə yanaşı,  psixoloji xidmətlər də göstəriləcək. 

 Layihə çərçivəsində əlil uşaq, yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili üçün  Nabrana 3 günlük tur təşkil ediləcək. 

Qeyd edək ki, layihə avqustun 1-dən noyabrın 1-ə qədər müddəti əhatə edir. 

Əfsanə BAYRAMQIZI,
 "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında