ƏƏSMN uşaqları Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili işləri davam etdirilir. Nazirlik qeyd olunan uşaqlardan daha 24 nəfərini valideynlərindən birinin müşayiəti ilə Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə göndərib.

Tədbirdə uşaqların valideynləri ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, habelə tibbi-sosial reabilitasiyası istiqamətində həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar övladlarının sağlamlıqlarının bərpasına, bu məqsədlə xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkilinə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Yolasalma mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev göndərilən uşaqların Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzində fizioterapevtik müalicə kursu keçəcəklərini bildirib və deyib: "Həmin mərkəz əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi reabilitasiyası üzrə ixtisaslaşmış müəssisədir. Bizim göndərdiyimiz uşaqlar və onların valideynləri də həmin mərkəzdə 5 ulduz oteldə yerləşdiriləcək və uşaqlara qabaqcıl fizioterapevtik müalicə metodları əsasında reabilitasiya xidmətləri göstəriləcək. Uşaqların valideynləri də reabilitasiya tədbirlərinə cəlb ediləcəklər". S.Abdullayev diqqətə çatdırıb ki, cari ilin ötən dövründə ƏƏSMN tərəfindən 128 nəfər bu təbəqələrdən olan şəxs xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib. Onlardan 70 nəfərini əlilliyi olan şəxslər, 58 nəfərini sağlamlıq imkanları məhdud uşaqlar təşkil edib.  Şöbə müdiri qeyd olunan insanların sosial müdafiəsi və reabilitasiyası məqsədilə digər istiqamətlərdə də tədbirlərin həyata keçirildiyini bildirib: "Hazırda nazirliyin "2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı" icra edilir. Bu proqram çərçivəsində həmin şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilmələri, onlar arasında idman tədbirlərinin keçirilməsi və beynəlxalq yarışlarda iştirak etmələrinə şərait yaradılması, onların istirahətinin təşkili, sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi və digər istiqamətlərdə də işlər aparılır".

Zərifə BƏŞİRQIZI,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında