Gəncədə şəhid ailəsinə mənzil verilib

Bu ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin təxribatını dəf edən zaman şəhid olan zabit İnqilab Çingiz oğlu Quliyevin ailəsi mənzillə təmin olunub.

İkiotaqlı mənzilin açarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhidin 5 yaşlı oğlu Hüseyn Quliyevə təqdim edib. İndiyədək kirayədə yaşayan şəhidin iki övladı bundan sonra Gəncədə hərbiçilər üçün salınan yeni şəhərcikdəki həmin mənzildə yaşayacaq.

İctimaiyyət nümayəndələrinin də iştirak etdikləri təqdimetmə mərasimində şəhər icra hakimiyyətinin başçısı bildirib ki, İ.Quliyevin ailəsinə verilən mənzil yaşayış üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib. Bütün şəhid ailələrinə dövlət tərəfindən hər cür diqqət və qayğı göstərildiyini vurğulayan icra başçısı küçəyə şəhidin adının verildiyini də bildirib.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında