Paytaxtda yeni yerüstü piyada keçidləri inşa olunacaq

Azərbaycan Prezidenti İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, “ Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində Bakı şəhərinin bir sıra avtomobil yollarında  metal və dəmir-beton konstruksiyalı yerüstü piyada keçidləri inşa olunacaq.  Keçidlərin avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa ediləcəyi nəzərdə tutulur. Bundan isə məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.   “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, ilkin olaraq yeddi keçidin inşası  üçün hazırlıq işləri görülür. Artıq həmin keçidlərin tikiləcəyi yerlər də müəyyənləşdirilib. Yerüstü keçidlər Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci, 27-ci və 27,8 -ci  kilometrində (müvafiq olaraq Xırdalan qəbiristanlığının yaxınlığı və Ceyranbatan qəsəbəsi), Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü kilometrində (Sulutəpə qəsəbəsi), Qala-Pirallahı avtomobil yolunun 3,5-ci kilometrində, Zabrat-Maştağa avtomobil yolunun “Sabunçu körpüsü”ndən düşən hissəsində və Həsən Əliyev küçəsinin Azərbaycan Dövlət İqtisad Universitetinin korpusunun qarşısındakı ərazisində inşa olunacaq.

Ceyranbatan qəsəbəsi ərazisində inşa olunacaq yerüstü piyada keçidləri  iki aşırımlı (orta dayaqlı), dəmir-beton konstruksiyalı və üstü bağlı olacaq. Keçidlər fiziki qüsurlu insanların hərəkəti üçün liftlərlə təmin olunacaq. “Xırdalan qəbirstanlığı” yaxınlığında, Sulutəpə qəsəbəsində və Qala-Pirallahı avtomobil yolunda inşa olunacaq keçidlər isə bir aşırımlı (orta dayaqsız), metal konstruksiyalı və üstü açıq olacaq. Bu keçidlərdə isə  fiziki qüsurlu insanların hərəkəti üçün  panduslar quraşdırılacaq. “Sabunçu körpüsü”ndən Zabrat qəsəbəsinə tərəf düşən ərazidə və Həsən Əliyev küçəsində tikintisi nəzərdə tutulan yerüstü piyada keçidləri də metal konstruksiyalı olacaq. İki aşırımlı (orta dayaqlı) və üstü bağlı olacaq həmin keçidlərdə  fiziki qüsurlu insanların hərəkəti üçün xüsusi platformalar (elevator) quraşdırılacaq.  Bununla yanaşı, yaxın zamanlarda zəruri olan digər ərazilərdə də yüngül konstruksiyadan ibarət yerüstü piyada keçidlərinin inşası nəzərdə tutulub.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında