Naxçıvan şəhəri sakinlərinə Milli Qurtuluş Günü hədiyyəsi

Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan şəhərində yeni yaşayış binasının açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov bildirmişdir ki, aparılan kompleks quruculuq işləri Naxçıvan şəhərinin simasını tamamilə dəyişmişdir. Ötən il 4 yaşayış binası tikilərək, 9 yaşayış binası isə yenidən qurularaq istifadəyə verilmişdir. Sakinlər adından danışan Sadıq Sadıqov isə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni mənzillə təmin olunanları təbrik etmiş, onlara sağlam və firavan həyat arzulayaraq demişdir: “1993-cü il iyunun 15-də ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda ictimai-siyasi sabitliyin və iqtisadi inkişafın əsası qoyulmuşdur. Əgər Milli Qurtuluş Günü olmasaydı, ölkəmizin bugünkü inkişafını təmin etmək də mümkün olmazdı. Bu gün ulu öndərin yolunu Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, ölkəmizdə inkişaf proqramları həyata keçirilir, yeni xəstəxanalar, məktəb binaları tikilir, yollar çəkilir, əhalinin rifahı yaxşılaşdırılır.”

Muxtar respublika rəhbəri qarşıdan gələn Milli Qurtuluş Günü münasibətilə sakinləri təbrik etmiş, mənzillərin orderlərini sahiblərinə təqdim etmiş, açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, 8 mərtəbəli binada 21-i ikiotaqlı və 7-si üçotaqlı olmaqla 28 mənzil vardır. Mənzillərdən 1-i şəhid ailəsinə, 26-sı isə Heydər Əliyev prospektində sökülmüş iki binanın sakinlərinə verilmişdir. Bütün mənzillər təmir olunmuş və fərdi istilik sistemi quraşdırılmışdır.

Ali Məclisin sədri şəhid Orxan Quliyevin ailəsinə verilən mənzilə baxmış, şəhidin ailə üzvləri ilə görüşmüş və onların qayğıları ilə maraqlanmış, bina ilə tanışlıqdan sonra sakinlərlə söhbət etmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında