Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni fərdi yaşayış evləri verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Tərtər və Ağcabədi rayonlarının hər birində 4 ədəd olmaqla, ümumilikdə 8 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. 

Evlərin istifadəyə verilməsi tədbirlərində ƏƏSMN-nin və müvafiq rayonların icra hakimiyyətlərinin rəsmiləri, əlil ictimai təşkilatlarının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial siyasət kursunun hər bir vətəndaşın rifahının yaxşılaşmasına, eyni zamanda sosial cəhətdən həssas təbəqələrdən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaratdığı vurğulanıb. Bildirilib ki, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğu ölkəmizdə bütün sosial proqramlar, o cümlədən müharibə əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı işləri də uğurla davam etdirilir.   Çıxış edənlər bildiriblər ki, dövlət başçısının sərəncamına əsasən, respublikamızın bölgələrində fərdi və çoxmənzilli yaşayış evləri inşa olunaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilir. Cari ildə də bu istiqamətdə məqsədyönlü işlər aparılır. Bu ilin ötən dövründə Siyəzən, Şabran, Qusar, Şamaxı, Ağstafa, Qazax, Biləsuvar,  Sabirabad, İmişli, Füzuli, Oğuz, Şəki, Beyləqan və digər rayonlarda fərdi yaşayış evləri, Beyləqan rayonunda çoxmənzilli yaşayış binası, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər həmin insanlara təqdim edilib. Ümumilikdə cari ildə artıq 180 nəfər Qarabağ müharibəsi əlilinin və şəhid ailəsinin yeni mənzillərlə təminatı həyata keçirilib.  Cəbhəyanı rayonlarda da müvafiq şəxslər üçün mənzil tikintisi uğurla həyata keçirilir. Bu işlərin davamı kimi, ötən il Tərtərdə 54 mənzilli yaşayış binası, Ağcabədidə 14 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Hazırda isə bu rayonların hər birində daha 4 ədəd fərdi yaşayış evi həmin insanlara təqdim olunur.

Yeni fərdi yaşayış evləri ilə təmin edilən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri öz növbələrində sosial təminatlarının daim gücləndirilməsindən razılıqla söz açıblar. Onlar hərtərəfli diqqət və qayğı ilə əhatə olunmalarına, hazırda isə yeni fərdi yaşayış evləri ilə təmin edilmələrinə görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, istifadəyə verilən 8 evdən 2 ədədi Qarabağ müharibəsi əlillərinə, 6 ev isə şəhid ailələrinə təqdim olunub.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında