Baş nazirin müavini Əli Həsənov Füzuli və Tərtər rayonlarında məcburi köçkünlərlə görüşüb

Dövlətqaçqınkomun sədri Tərtərin Şıxarx kəndində böyük hissəsi ermənilər tərəfindən dağıdılmış “Marağa-150” abidəsinə də baxıb.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Füzuli rayonuna səfəri çərçivəsində on il əvvəl Zobucuqda salınmış qəsəbədə olub, burada məcburi köçkünlərlə görüşüb, onlarla fikir mübadiləsi aparıb.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı qəsəbə sakinləri heç bir problemlərinin olmadığını, təmiz havası, suyu, qidası olan belə bir ərazidə bütün sosial, texniki infrastruktura malik qəsəbələrin salınmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar işğal altındakı torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanımızın əmri ilə hər an hərbçilərimizlə bir yerdə olacaqlarını vurğulayıblar.

Baş nazirin müavini Füzuli rayonunda məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə baxış keçirərkən bütün ərazilərdə taxıl zəmilərində becərmə işlərinin aparıldığının, yolların kənarında yaşıllıq sahələrinin salındığının, minlərlə çinar ağacının əkildiyinin şahidi olduğunu deyib.

 

*  *  *

 

Tərtərə səfəri zamanı isə Baş nazirin müavini Əli Həsənov rayonun Şıxarx kəndində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb, o cümlədən Laçın rayonundan məcburi köçkün 82 yaşlı Əvəz Mikayılovun evinə baş çəkib və onunla ətraflı söhbət edib. Əvəz Mikayılov bu gün oğlanlarının və hətta yaşının çox olmasına baxmayaraq özünün də döyüşə getməyə hazır olduğunu deyib.

Şıxarx kəndində olarkən Əli Həsənov böyük hissəsi ermənilər tərəfindən dağıdılmış “Marağa-150" abidəsinə də baxıb. Ermənilərin Qarabağa köçürülməsini sübut edən çoxsaylı mənbələrdən biri də ”Marağa-150" abidəsidir. Bu abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150" abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidə mühüm siyasi əhəmiyyətə malikdir.

Baş nazirin müavini Əli Həsənov abidənin tezliklə bərpa olunmasının, ölkəmizə səfər edən insanlara, xarici mətbuat nümayəndələrinə göstərilməsinin vacibliyini bildirib. O, bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcəyini qeyd edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında