“Nağıllar aləminə səyahət”

Bakı şəhərindəki Tahir Həsənov adına 23 saylı tam orta məktəbdə keçirilən tədbir belə adlanırdı

Tədbirdə əsas məqsəd uşaqlarda nitq mədəniyyətinin inkişafı, onların nağıllar dünyası ilə daha yaxından təmasda olması idi. Burada “Altun” kitab nəşriyyatının çap etdiyi “Mənim ilk kitabım” seriyasından olan doqquz nağılın - “İtin dostluğu”, “Şir  və siçan”, “Çətin iş”, “Tənha qu quşu”, “Ağac, hər dərdə əlac”, “Göydən qoz yağır”, “İki ayı balası”, “Sehrli torba” nağılları əsasında səhnəciklər hazırlanmışdı. Səhnənin qarşısında məktəbin 1 “a” sinif  şagirdlərinin həmin nağıllar əsasında hazırlanmış  əl  işlərindən ibarət sərgi təşkil olunmuşdu.

Tamaşa başlanmazdan əvvəl tədbirin təşkilatçısı, 1 “a” sinfinin rəhbəri Sevda Əliyeva ilə görüşdük. Sinif rəhbəri bildirdi: – Təhsil nazirinin əmrinə əsasən, “Altun” nəşriyyatının məhsulu olan nağıllar əsasında xüsusi səhnəciklər hazırlanmasını qərara aldıq. Bu layihə əsasında ötən ilin dekabr ayından hazırlıq işlərinə başladıq. Məqsəd uşaqlarda mütaliə mədəniyyətini formalaşdırmaq, onları nağıl dünyasının qəhrəmanları ilə tanış etməkdir. Bu səhnəciklərə quruluş vermək üçün Gənc Tamaşaçılar Teatrından rejissor Ədalət Əbdül Səmədi dəvət etdik. İndi həmin  tamaşanı məktəblilərə və onların valideynlərinə təqdim edirik.

Rejissor Ə.Əbdül Səməd bildirdi ki, uşaqlarla işləmək həm çətindir, həm də məsuliyyətli. Müxtəlif dərnəklərdə çıxış edən 30 uşağın iştirakı ilə ərsəyə gələn bu nağıl-tamaşa, inanırıq ki, uşaqlar üçün çox faydalı olacaq. Tamaşalar bir saat ərzində davam edəcək. Hər bir tamaşa maraqlı əhvalatlar ətrafında cərəyan edir.

Valideyn Sevinc xanım qeyd etdi ki, övladının Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidetni, UNESCO və ISESCO-nun xoşməramlı səfiri  Mehriban Əliyevanın təhsil aldığı məktəbdə oxumağından qürur duyur. Burada vaxtaşırı keçirilən rəngarəng tədbirlər uşaqların müasir dünyagörüşünün formalaşmasına və mənəvi tərbiyəsinə mühüm təsir göstərir. Valideyn Rəna Əmirəliyeva da məktəbdə təlim-tərbiyə işinin yüksək səviyyədə qurulduğunu xüsusi vurğuladı.

Sonra tamaşaların təqdimatı başlandı. Müxtəlif nağıl qəhrəmanlarının qiyafəsində səhnəyə çıxan birincilərin çıxışlarını tamaşaçılar maraqla qarşıladılar.

Tamaşadan  sonra  məktəbin  direktoru Yuliya Kərimova  çıxış edərək bildirdi ki, təhsil  nazirinin əmrinə əsasən bu kimi layihələrin mütəmadi olaraq hazırlanıb keçirilməsi respublikanın bütün ümumtəhsil məktəblərinə də tövsiyə edilmişdir. Direktor daha sonra bu tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi. Layihənin rəhbəri S.Əliyeva  isə öz çıxışında  bu işdə yardımçı olan valideynlərə və məktəbin rəhbərliyinə təşəkkür etdi.

Qeyd edək ki, “Altun” nəşriyyatının nümayəndələri də tədbirə  qatılmışdılar. Tədbirin sonunda   fərqlənən  şagirdlərə məktəbin  diplomları  təqdim olundu.

Mehdi MÜKƏRRƏMOĞLU,
Rafiq  SALMANOV (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında