Azərbaycan Tibb Universitetində müharibə veteranları ilə görüş keçirilmişdir

Azərbaycan Tibb Universitetində (ATU) 9 may Qələbə Günü ilə bağlı II Dünya müharibəsi və arxa cəbhə veteranları ilə görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli Böyük Vətən müharibəsi veteranlarını və tədbir iştirakçılarını faşizm üzərində qazandıqları Qələbənin 71-ci ildönümü münasibətilə təbrik etmişdir.

“Müharibə illərində göstərdiyiniz fədakarlığı heç vaxt unutmayacağıq” – deyən rektor qeyd etmişdir ki, Azərbaycan xalqı istər ön, istərsə də arxa cəbhədə çox böyük qəhrəmanlıqlar göstərmişdir. Müharibədə qazanılan qələbədə Azərbaycanın böyük payı var. 700 minə yaxın azərbaycanlı bu müharibədə iştirak etmiş, onların təxminən yarısı həlak olmuşdur. Rektor, həmçinin ATU-da bu qələbə bayramının qeyd edilməsinin, veteranlarla keçirilən görüşün çox gözəl ənənə olduğunu bildirmişdir: “Uşaqlıqdan bizim üçün 9 May günü ən xoş, sevimli bayramlardan idi. Bir ara Qələbə bayramının daha qeyd olunmayacağı kimi söhbətlər ortaya çıxdı, lakin fikrimcə bu, tamamilə yalnış fikir idi. Ulu öndər Heydər Əliyev zamanında bu məqama diqqət yetirdi və bu bayramın ölkəmizdə də hər il təntənəli şəkildə qeyd olunmasına qərar verdi”.

Görüşdə həmçinin ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov, Mülki Müdafiə Qərargahının rəisi Firdovsi Məmmədov da iştirak etmişlər. Tədbirdə universitetdə çalışan müharibə veteranları və “1941-1945-ci illərdə Vətən müharibəsində fədakar əməyə görə” medalı ilə təltif edilmiş arxa cəbhə veteranları ATU rəhbərliyi tərəfindən hərbi vətənpərvərlik mövzusunun təbliğində xüsusi fəallıqlarına görə mükafatlandırılmışlar.

ATU-nun veteran təmsilçiləri – terapevtik stomatologiya kafedrasının dosenti, müharibə veteranı Rüstəm Mirzəyev, uşaq və yeniyetmələrin gigiyenası kafedrasının dosenti, arxa cəbhə veteranları Rəhim Orucov və kommunal və qidalanma gigiyenası kafedrasının professoru Maqsud Qasımovun hər birinə 500 AZN məbləğində pul mükafatı və hədiyyələr təqdim olunmuşdur.

Müharibə veteranları öz növbələrində rektor Gəray Gəraybəyliyə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirmiş, müharibə illəri ilə bağlı xatirələrini danışmışlar. Qeyd edilmişdir ki, təqribən 130 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfərə “Şöhrət” ordeninin hər üç dərəcəsi verilmiş, Azərbaycandan olan 170 min əsgər və zabit isə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında