Ağdamın yaşayış məntəqələri hər gün atəşə məruz qalır

Aprelin 1-dən etibarən Ağdam rayonunun kəndləri erməni silahlı birləşmələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalır. Nəticədə yüzlərlə ev dağıdılıb, dinc insanlar yaralanıb, şəhid olub, əhalinin mülkiyyətinə və təsərrüfata ciddi ziyan dəyib.

Bu barədə aprelin 29-da Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov yerli və xarici KİV-lərin nümayəndələrinə məlumat verib. Bildirib ki, atəşkəs haqqında razılığın əldə olunmasına baxmayaraq, hər gün düşmən tərəfindən rayonun yaşayış məntəqələri atəşə məruz qalır. Aprelin 27-dən 28-nə keçən gecə ermənilərin atəşi daha da intensiv və şiddətli olub. Rayon üzrə 91 ev zərər çəkib, o cümlədən 16 ev tamamilə dağılıb. Bir tam orta məktəb, bir uşaq bağçası, 2 mağaza, kənd inzibati ərazi nümayəndəliyinin binası zərər çəkib, elektrik xətləri sıradan çıxıb. Ermənilərin atəşi nəticəsində mülki əhalidən 8 nəfər yaralanıb, 1 nəfər həlak olub. Yaralılardan bir nəfəri isə ertəsi gün dünyasını dəyişib.

Rayon əhalisinin əsasən kənd təsərrüfatı ilə məşğul olduğunu deyən Raqub Məmmədov bildirib ki, hazırda insanların tarlada işləməli, əkin-biçinlə məşğul olmaları vaxtdır. Lakin düşmənin ərazilərimizi atəşə tutması səbəbindən əhali təsərrüfatlarda işləyə bilmir.

R.Məmmədov qeyd edib ki, erməni silahlı birləşmələri kəndləri əsasən gecələr atəşə tutur. Odur ki, insanlar öz evlərində qala bilmirlər. Qadınlar, qocalar, uşaqlar cəbhəyanı kəndlərdən uzaqlaşdırılıb, kişilər isə kəndlərdədirlər.

Hər bir kəsdə yüksək döyüş ruhu olduğunu deyən Raqub Məmmədov deyib: “Ali Baş Komandanın bir çağırışı lazımdır ki, hər birimiz silaha sarılıb düşmənin üstünə gedək. Qoy düşmən bilsin ki, son damla qanımıza qədər döyüşəcəyik. Biz inanırıq ki, işğal altındakı torpaqlarımız azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, didərgin düşmüş insanlar doğma yurdlarına qayıdacaqlar”.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında