Mingəçevir-Bəhrəmtəpə avtomobil yolu yenidən qurulur

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda yol infrastrukturu ilə bağlı nəzərdə tutulmuş tədbirlərin icrası uğurla davam etdirilir. Bu günlərdə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, ilkin mərhələdə 154 kilometr uzunluğunda olan Mingəçevir–Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri – Mingəçevir dəmir yolu stansiyası arasındakı  hissəsinin 3-cü texniki dərəcədən 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır. Həmin hissənin uzunluğu isə 16,5 kilometrdır. Layihəyə uyğun olaraq yol iki hərəkət zolağından ibarət olacaq. Həyata keçiriləcək yenidənqurma işləri çərçivəsində mövcud yol yatağının eni 12 metrdən 15 metrə qədər genişləndiriləcək, yolun hərəkət hissəsinin eni 7,5 metr, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 metr olacaq.  Hazırda Mingəçevir şəhəri – Mingəçevir dəmir yolu stansiyası arasında olan hissədə torpaq işləri görülür, yol yatağının və yol əsasının tikintisi aparılır.

Layihəyə uyğun olaraq yol geyimi konstruksiyasının qalınlığı 72 santimetr olacaq. Yolun bu hissəsində Kürəkçay üzərində 18 metr uzunluğunda biraşırımlı körpünün, 26 dairəvi borunun, 1 alt və 7 düzbucaqlı keçidin tikintisi də aparılacaq. Yolun yenidən qurulması işləri isə “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Yeri gəlmişkən, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri – Mingəçevir dəmiryolu stansiyası arasındakı olan hissəsinin yenidən qurulması ilə vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında