Forum biznesin sosial məsuliyyətini anlamaq baxımından böyük əhəmiyyət kəsb edir

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu yüksək səviyyədə təşkil edilib. Təcrübə mübadiləsi, diskussiyalar keçirilməsi, bir sıra mühüm məsələlərin müzakirəsi üçün əlverişli şərait yaradılmasına görə tədbirin təşkilatçılarına təşəkkürümü bildirmək istərdim.

Burada müxtəlif xalqların və konfessiyaların nümayəndələri debatlar yolu ilə bu və ya digər problemlərin həllini tapırlar. Onu da qeyd etmək istərdim ki, Azərbaycanın tərəqqisi bizi - Şərqin bu qədim diyarının qonaqlarını sevindirməyə bilməz. Mən Azərbaycan paytaxtının gözəlliyinə və bakılıların qonaqpərvərliyinə hədsiz heyranam.

Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdim. Dahi şəxsiyyət Heydər Əliyevin müəyyən etdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də infrastrukturun inkişaf etdirilməsi olub. Ölkədə nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılaraq müasirləşdirilməsi, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri tərkibində avtomobil magistrallarının tikintisi və genişləndirilməsi, regionlarda avtomobil yol şəbəkəsinin bərpası və yenilənməsi, sərhəd-keçid məntəqələrinin yenidən qurulması kimi layihələrin icra olunması Azərbaycanın nəqliyyat potensialının reallaşdırılması üçün geniş imkanlar yaradır.

“Şimal-Cənub” dəmir yolu layihəsi hazırda xüsusi önəm qazanır. Rusiya Nəqliyyat Nazirliyində Azərbaycanla bu layihəyə başlayan zaman onun vacibliyini, etiraf edim ki, hətta tam başa düşmürdük. Perspektivdə beynəlxalq ticarətin,  əlaqələrin inkişafı, “Şimal-Cənub” layihəsi əsasında   klasterlərin yaradılması getdikcə daha əhəmiyyətli rol alır.

Müasir dövrün iqtisadi islahatları Azərbaycana böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub. Heydər Əliyevin rəhbərliyi ilə yaradılan nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkə  “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində fəal iştirak edir.

Xatırladım ki, “Şimal-Cənub”  beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabr 12-də Sankt-Peterburqda bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 2002-ci il mayın 21-dən qüvvəyə minib.

“Şimal-Cənub” dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə bu  beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.

Vladimir YAKUNİN,
Rusiya Dəmir Yollarının sabiq rəhbəri,
Andrey Pervozvannı Fondunun
Himayədarlar Şurasının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında