“Erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır”

Nazirlər Kabinetinin  2016-cı ilin  sosial-iqtisadi   inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin  səsləndirdiyi bu  fikir hər bir azərbaycanlının ürək sözləridir.

Müşavirədə son günlər baş verən hadisələrə münasibət bildirən ölkə rəhbəri Azərbaycan Ordusunun  torpaqlarımızın azad olunması üçün  böyük  qəhrəmanlıqlar  göstərdiyini bir daha vurğulamış və bildirmişdir ki, düşmən təxribatının qarşısı mərdliklə alındı, onlara  layiqli cavab  verildi.

Mən də məcburi köçkün rayonunun nümayəndəsi kimi, bu hadisələri diqqətlə izləyirəm. Orumuzun  uğurları  biz  qubadlıları  da  ürəkdən sevindirir. Qubadlı  Rayon İcra Hakimiyyəti  hadisələrin  gərgin olduğu  günlərdə toplantı kecirdi,   rayon ictimaiyyəti  Prezidentimizə öz  dəstəyini   bildirdi. Onların hər biri  Silahlı  Qüvvələrimizin Baş Komandanının əmrini gözlədiyini,  hər vaxt  cəbhəyə getməyə, torpaqlarımızın azadlığı uğrunda  döyüşə hazır olduğunu bildirirdi.

Mən həkiməm və həmin günlər  qubadlıların axın-axın  qan vermək üçün bizə müraciət etdiyinin  şahidi oldum. Bəli, insanlarda çox yüksək vətənpərvərlik  ruhu yaranmışdı və bu gün də  həmin əhval-ruhiyyədədirlər.

Məni  sevindirən budur ki, zaman Azərbaycanımızın xeyrinə işləyir. Beynəlxalq təşkilatlar  Azərbaycanın haqq işinə dəstək verir. Hər yerdə  Azərbaycanın işğal altında olan torpaqlarının  boşaldılması, BMT  qətnamələrinin  icra olunmasının vacibliyindən danışılır. Bu nailiyyət  Prezident İlham Əliyevin  həyata keçirdiyi uğurlu xarıci siysətin bariz nümunəsidir. Prezidentin iclasda səsləndirdiyi daha bir  fikrə diqqət  yönəltmək istəyirəm: “Bir daha qeyd etmək istəyirəm, Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın.”

Bu, Ermənistan dövləti  üçün  çox  ciddi mesajdır və inanırıq ki,  Azərbaycan Ordusu  yaxın  vaxtda işğal altında olan torpaqlarımızı azad edəcək, biz məcburi köçkünlər də 23 il   həsrət qaldığımız  doğma yurdumuza  qayıdacağıq.

Nüsrət ƏHMƏDOV,
Qubadlı Rayon Mərkəzi
Xəstəxanasının baş həkimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında