Qəhrəmanın kəndində Qarabağ müharibəsi əlili üçün ev tikilib

Biləsuvarın Əliabad kəndində doğulub boya-başa çatmış Azərbaycanın Milli Qəhrəmanı, gizir Mübariz İbrahimov hər birimizin fəxridir. O, Qarabağ uğrunda döyüşlərdə şan-şöhrət zirvəsini fəth edib. Millətimizin qəhrəmanlıq tarixinə qanı ilə qızıl sətirlər yazıb. İndi Mübarizin adına şöhrət tacı olduğu Biləsuvarda məktəb və küçə var. Möhtəşəm abidəsi and yerinə çevrilib.  

 Qəhrəmanın kəndində keçirilən tədbirdə Qarabağ müharibəsi əlili Saleh Ağayev üçün tikilmiş fərdi yaşayış evinin açarları ona təqdim olunub. Mübarizlə eyni bulaqdan su içmiş həmkəndlisi Salehə icra hakimiyyətinin başçısı Mahir Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisi Çingiz Əliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd camaatı xeyir-dua veriblər. Rayon rəhbəri bildirib ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinin və müharibə əlillərinin problemləri hər zaman dövlətimizin diqqət mərkəzindədir. Bu qayğıya misal olaraq Biləsuvarda Qarabağ müharibəsi əlilləri, şəhid ailələri üçün 64 mənzilli 4 yaşayış binasının, 14 fərdi yaşayış evinin tikilərək istifadəyə verilməsini, 34 nəfərin minik avtomobili ilə təmin edilməsini göstərmək olar. Hazırda daha 3 fərdi yaşayış evinin tikintisi başa çatmaq üzrədir. 

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim kişi yeni mənzil alanlara gözaydınlığı verib. Qarabağ müharibəsi əlilləri Saleh Ağayev, Akif Cəfərov və Vüqar Əliyev məhz Vətən uğrunda vuruşmaları ilə qürur duyduqlarını, döyüşlərdə  sağlamlıqlarını itirmələrindən zərrəcə pərişan olmadıqlarını söyləyiblər. Onlar böyük diqqətə görə Prezident İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildiriblər. 

 Rayonda keçirilən toplantıda icra hakimiyyətinin başçısı M.Quliyev deyib ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli addımları, ordumuzun hünəri bizi böyük qələbəyə yaxınlaşdırır. Digər natiqlər də qəhrəman oğullarımızla fəxr etdiklərini söyləyib, Vətənin hər bir çağırışına can-başla hazır olmaq əzmini ifadə ediblər.

 Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında