Cəbhəyə könüllü getmək istəyənlərin sayı artır

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsində hazırda cəmiyyətdə böyük ruh yüksəkliyi nümayiş olunur.

Ölkəmizdə səfərbərlik hazırlığı “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Ölkə ərazisində səfərbərlik hazırlığının təmin edilməsi və həmin Qanunun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Xidmət tərəfindən müvafiq tədbirlər həyata keçirilib və bu işlər daim diqqət mərkəzində saxlanılır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun Aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciət daxil olmaqdadır. Bu müraciətlər indiyə qədər də olurdu. Lakin son günlər onların sayı daha da artıb.

Dövlət Xidməti yüksək vətənpərvərlik hissləri nümayiş etdirən vətəndaşlara minnətdarlığını bildirir və bir daha vurğulayır ki, onlar zərurət yarandığı halda ordu sıralarına çağırıla bilərlər.

Xidmət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmr və tapşırıqlarını yüksək peşəkarlıqla həyata keçirməyə hazırdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında