Şuşalı tələbələr doğma şəhərə qayıdacaqları günü səbirsizliklə gözləyirlər

Şuşa Humanitar  Kollecində keçirilən tədbirdə  çıxış edənlər  Silahlı  Qüvvələrimizin qazandığı  uğurlardan  sevinc hissi ilə danışdılar. Kollecin direktoru  Rəsul  İsmayılov tədbiri  giriş  sözü ilə açaraq, diqqəti Prezident İlham Əliyevin  Təhlükəsizlik  Şurasının iclasındakı  qətiyyətli  çıxışına yönəldərək,  bildirdi ki, ölkə rəhbəri ordumuzun    düşmənə  layiqli  cavab verməsini, təxribatların qarşısının uğurla alınmasını  xüsusi qeyd etmişdir.

Silahlı  Qüvvələrimizin bölmələri uğurla döyüş əməliyyatları keçirərək düşmənin əsas hədəflərini məhv etmiş, eyni  zamanda, çox  əhəmiyyətli yüksəklikləri  ələ  keçirmişdir. Bu qələbə  bütün Azərbaycan  xalqında  böyük ruh yüksəkliyi yaratmışdır. 

Biz şuşalılar  da  bu günü  çoxdan gözləyirdik. Məktəbimizdə  təhsil alan  şuşalı  gənclər  döyüşə atılmağa hazırdırlar.  Sizin  çoxunuz Şuşanı  görməmisiniz. Bu  şəhər indi düşmən tapdağı altındadır. Ümid edirik ki,  çox yaxın vaxtlarda biz o, torpaqlara  qayıdacağıq  və siz  də  bu  gözəlliklər diyarına qədəm basacaqsınız. Orada təhsil alıb, Şuşanın əvvəlki  büsatını özünə qaytaracaqsınız. Biz buna əminik. Silahlı Qüvvələrimizin  fədakar  döyüşləri bizdə  bu  əminliyi daha da artırır.

Sonra  məktəbin müəllimləri  –  İslam Əhmədov,  Könül Hüseynova  və başqaları   çıxış edərək    ordumuzun  zəfər yürüşünün  davamlı olacağından, tezliklə Şuşanın da işğaldan azad ediləcəyindən, kollecin  fəaliyyətini orada davam etdirəcəklərindən   söz açdılar. Çıxış edən  tələbələr  cəbhəyə getməyə, döyüşlərdə  iştirak etməyə hazır olduqlarını bildirdilər.

Tədbirdə Şuşa Humanitar Kollecinin  kollektivi adından  ölkə Prezidentinə müraciət  qəbul olundu.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında