Məcburi köçkünlərin məskunlaşdıqları binada yanğının nəticələri aradan qaldırılır

Martın 27-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Qubadlı rayonundan olan 14 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı Binəqədi rayonu Sarıqaya massivindəki Novxanı istirahət bazasında baş vermiş yanğının nəticələrinin aradan qaldırılması üçün aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, yanğın nəticəsində binanın dam örtüyünün 1200 kvadratmetr sahədə yandığı, lakin mənzillərə ciddi ziyan dəymədiyi bildirilib. Hadisədən dərhal sonra Qubadlı və Binəqədi rayon icra hakimiyyətləri tərəfindən məcburi köçkünlərə kömək göstərilib, təmir işləri başa çatanadək müvəqqəti qalmaları üçün iki aylıq kirayə haqları əvvəlcədən onlara ödənilib.

Sonra Baş nazirin müavini məcburi köçkünlərlə görüşüb, onların problemləri ilə maraqlanıb.

Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Əli Həsənov qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin dövlətimizin başçısı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu deyib. Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin yürütdüyü uğurlu və qətiyyətli siyasət nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad olunacağına, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qayıdacaqlarına əminliyini ifadə edib.

Binada məskunlaşan məcburi köçkünlərin 20 ildən artıq müddətdə burada yaşadıqlarını vurğulayan Baş nazirin müavini görülən işlərlə bağlı deyib: “Baş vermiş yanğın nəticəsində sakinlərdən xəsarət alan olmayıb. Yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi operativ tədbirlər nəticəsində alovun mənzillərə keçməsinin qarşısı alınıb. Lakin binanın 1200 kvadratmetrlik dam örtüyü tamamilə yanıb. Yanğının baş vermə səbəbləri ilə bağlı ciddi araşdırma aparılır”.

Yanğının nəticələrinin aradan qaldırılması ilə bağlı Dövlət Komitəsi tərəfindən təcili tədbirlərin görüldüyünü vurğulayan Əli Həsənov əsaslı təmir işlərinin qısa müddətdə başa çatdırılacağını bildirib. Baş nazirin müavini binada məskunlaşan məcburi köçkünlərin problemlərinin həlli üçün Qubadlı və Binəqədi rayon icra hakimiyyətləri tərəfindən də iş aparıldığını deyib.

Əli Həsənov əsaslı təmir işlərinin yüksək səviyyədə aparılması, binada məskunlaşan ailələrin problemlərinin həlli ilə bağlı tapşırıqlar verib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında